Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan universitetlərində ən bahalı ixtisaslar - SİYAHI
Tarix: 31-08-2018 | Saat: 15:32
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

Azərbaycan universitetlərində ən bahalı ixtisaslar - SİYAHI


Azərbaycanda abituriyentlərin ali təhsil müəssisələrinə qəbulu başa çatıb. Artıq hər kəs oxuyacağı universiteti seçib. Bəs, ölkədə ödənişi ən yüksək olan ixtisaslar hansılardır?
Xeberaz.az ölkədəki ödənişləri yüksək olan ixtisasları təqdim edir:

Bakı Dövlət Universitetinin hüquq ixtisası 4500 AZN, beynəlxalq münasibətlər ixtisası 2900 AZN, dünya iqtisadiyyatı ixtisası 2500 AZN, iqtisadiyyat ixtisası2100 AZN, tarix ixtisası 2100 AZN, filologiya  ixtisasında 2100 AZNə təhsil almaq mümkündür.

ADA-da hüquq fakültəsi 6500 AZN, beynəlxalq əlaqələr ixtisası 6000, biznesin idarə edilməsi  ixtisası 6000, İnformasiya texnologiyaları ixtisası 6000 AZN təşkil edir.

ADU-da Azərbaycan dili müəllimliyi ixtisası 2500 AZN, tərcümə ixtisası 2500 AZN, regionşünaslıq ixtisası 2500 AZN, beynəlxalq münasibətlər ixtisası2500 AZN, ingilis dili müəllimliyi ixtisası 2500 AZN, ingilis dili filologiyası ixtisası2500 AZN, ingilis dili tərcümə ixtisası 2500 AZN təşkil edir.

Burada ən aşağı təhsil haqqı isə alman və fransızdilli ixtisaslardadır - 1000 AZN. 

ATU-da müalicə işi fakültəsi 4500 AZN, əczaçılıq ixtisası 4000 AZN, stomotologiya ixtisası 4000 AZN, tibbi profilaktika ixtisası 4000 AZN-dir. 

Burada müəllimlik ixtisası 4500 AZN, iqtisadiyyat ixtisası 4000 AZN, tərcümə  ixtisası 5000 AZN, mühəndislik ixtisası 4500 AZN, turizm ixtisası 5000 AZN təşkil edir. 

Akademiyada kompüter elmləri ixtisası 2500 AZN, politologiya ixtisası 3000 AZN, beynəlxalq münasibətlər ixtisası 3000 AZN, hüquqşünaslıq ixtisası 3000 AZN, dövlət və bələdiyyə idarəetməsi ixtisası 3000 AZN, menecment ixtisası 2500 AZN, iqtisadiyyat ixtisası 2500 AZN-ə təhsil almaq imkanı ıldı edə bilərsiniz.

ADNSU-da təhsil almaq üçün neft və qaz ixtisası 2100 AZN, kompüter elmləri ixtisası  ixtisası 1800 AZN, kompüter mühəndisliyi ixtisası 1800 AZN, sənayenin təşkili və idarə olunması  ixtisası 2100 AZN-dir.

Universitetlərin təhsil haqlarına nəzər salsaq, məlum olur ki, son beş il ərzində ixtisasların ödənişləri artıb.

Belə ki, təhsil haqqı 200-1500 manat miqdarında yüksəlib. Məsələn, Azərbaycan Tibb Universitetində beş il əvvəl ixtisaslarda ödəniş 2000 AZN, ötən il 3000 AZN, bu isə 4500 AZN-dir.  Bakı Dövlət Universitetində isə hüquq 2500 AZN idi. İndi isə bu rəqəm 4500 AZN təşkil edir.



Xəbəri paylaş

5658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___