Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bacısından Şəhriyara dəstək: Onların hamısının sponsoru var...
Tarix: 27-08-2018 | Saat: 21:02
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


Bacısından Şəhriyara dəstək: Onların hamısının sponsoru var...Şəhriyarın iştirak etdiyi yarışlarda olan tanınmış şahmatçıların hamısının sponsoru var. O isə mütəmadi olaraq hər bir yarışda iştirak edir ki, dolanışığını təmin etsin".
Xeberaz.az xəbər verir ki, bunu azvision.az-a qrossmeyster Şəhriyar Məmmədyarovun bacısı, Azərbaycanın tanınmış şahmatçısı Zeynəb Məmmədyarova deyib.
Xanım şahmatçı bildirib ki, dövlət rəsmi yarışların hamısının ödənişini edir. "İl ərzində 1 və ya 2 yarış ola bilər. Amma Şəhriyar il ərzində bir çox yarışlarda iştirak edir. Bunlar dünya elitasına aid olanlardır. Nazirlik hesabına olan yarışlar olmadığı üçün ödəniş edilmir. Nazirlik yalnız rəsmi yarışlara ödəniş edir. Avropa, Dünya Çempionatı kimi yarışlara pul ayrılır. Burada isə söhbət sırf sponsor məsələsindən gedir. Hazırda ABŞ-da iştirak etdiyi yarışda olan şahmatçılara diqqət etsəniz, hamısı reklam loqosu olan geyimlərdədir. Onlar öz sponsorlarını reklam edirlər. Şəhriyarın isə belə bir sponsoru yoxdur. Orada dünyanın tanınmış şahmatçıları var və hamısının sponsoru var. Bir Şəhriyarda yoxdur. Əlbəttə, bu, dövlətdən asılı olan məsələ deyil. Özəl şirkətlər, firmalar olmalıdır".
Qeyd edək ki, hazırda ABŞ-da Sinkfild Kuboku çərçivəsində keçirilən turnirdə iştirak edən Ş.Məmmədyarov sosial şəbəkə hesabında sponsorunun olmamasından şikayətlənib.




Xəbəri paylaş

6668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___