Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İrandakı toz fırtınası Azərbaycana təsir edəcək?
Tarix: 27-08-2018 | Saat: 15:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

İrandakı toz fırtınası Azərbaycana təsir edəcək?


"İranın cənub-şərq əyalətini əhatə edən toz fırtınasının Azərbaycana təsiri gözlənilmir".

Xeberaz.az xeber verir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, peyk məlumatların və sinoptik xəritələrin təhlilinə görə hazırda ölkə ərazisi üzərində troposferin aşağı və orta təbəqələrində hava kütlələrinin qərb və şimal-qərb axınları bərqarar olunub: "Belə sinoptik şəraitin yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Buna görə də toz fırtınasının ölkəmizə təsir etməyəcək. Qeyd etməliyik ki, adətən toz fırtınalarının davamiyyəti 4 gündən artıq olmur və İranın cənubunda onların təkrarlanması əsasən sentyabrdan aprelə qədər müşahidə olunur".

Nazirlik rəsmisi qeyd edib ki, toz fırtınasının baş verməsi üçün ən əlverişli ərazi Fars körfəzi ilə bitişik düzən ərazilərdir: "Buna termobarik şərait, güclü külək və torpağın vəziyyəti təsir edir".


Xəbəri paylaş

5428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___