Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
80 yaşlı anasına baxmaq üçün şərt qoydu. Dəhşət!!!
Tarix: 27-08-2018 | Saat: 01:24
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV / Reportaj | çapa göndər



Dünya görmüş insanlar birinin övladı doğulanda:-“Allah xeyirli övladlardan etsin” deyə gözaydınlığı verərlər. İnsan həyatının cavanlıq dövründə bu alqışı adi söz olaraq qəbul edirsə də zaman keçdikdən sonra necə bir qiymətli kəlam olduğunu anlayırsan.
Təbiət insanlara nə verirsə vaxt ötdükcə də yavaş-yavaş geri alır. Ən əsası isə sağlamlığımızı əlimizdən alıb, bizləri baxıma möhtac hala gətirir. Necə ki, bu gün səksən yaşlı Şişəçi Fəridə ana kimi.
Şişəçi Fəridə ana gəncliyində dörd qız övladı dünyaya gətirib, böyüdüb, gəlin köçürüb, ev-eşik sahibi edib. Allah-Tala anaya oğul övladı bəxş etmədiyi üçün ömrünün “payız” fəslində tək yaşamaq məcburiyyətində qalıb.  Anasının təkliyi “fərasət”li övlad üçün əsl qazanc mənbəyi olub.  Əlbət də bu qələmə aldıqlarımız və alacaqlarımız “Xəbəraz.az” saytının  redaksiyasına müraraciət edən Şişəçi Fəridənin kürəkəni Amani Abidin Məmmədağa oğlunun söylədiklərindəndir.
Şikayətçi Abidin  Amani qaynanası Fəridə xanımın böyük qızı Mustafayeva Rasiyyənin və həyat yoldaşı Mustafayev Şamilin yaşlı, xəstə qadını aldadaraq əmlakına sahib çıxmalarından, ananı isə gərəksiz əşya kimi səfalətlə üz-üzə buraxmalarından bəhs etdi. Söylədiyi digər məqamları da açıqlayım ki, oxucularımız övlad dönüklüyünə,vicdansızlığına şahid olsun. Yuxarıda qeyd etdiyimiz kimi ananın dörd qızı vardır. Böyük bacı anasının qocalığını fürsət bilib, əri ilə zavallı ananı aldadıb,inandırıblar ki, mülkiyyətində olan əmlakı qızı Mustafayeva Raciyyəyə hədiyə etsin və Raciyyə əmlakdan digər bacılarına çatan payı halalıqla özlərinə verəcək, ananı isə ömrünün sonuna qədər  qayqısına qalacaqlar. Gözünün ilk ağına inanan yaşlı ana qızı Rasiyyə dediyi kimin də edib. Əmlaka sahib olduqdan sonra isə Raciyyənin üzü dönüb,nə dönüb. Əri Mustafayev Şamil ilə birgə çoxdan pılanlaşdırdıqları arzularına çatdıqları üçün qanuni varis olan üç bacını həyatlarından çıxarıblar. Bununla da yetməyib, ananın evində qiymətli əşyaları köhnə  və ya təmirə aparma adı  ilə evindən çıxardıb.
Raciyyə Mustafayeva şəhərin mərkəzində, Nizami metrosunun qarşısında fırıldaq yolu ilə ələ keçirdiyi əmlakı icarəyə verməklə hər ay küllü miqdarda sərmayə əldə edir. Anasına isə zəruri olan qida və ərzaq almağı tamamilə unudub. Hətta ananın özünü belə unudub, xəstə qadını arayıb axtarmağı lazım bilmir.
Oxucumuz sual edə bilər ki, bəs niyə digər qızlar ananı axtarmırlar? Doğurdan maraqlı sualdır. Şikayətçimizin iddiasına görə məqsədinə çatan Raciyyənin fırıldağçılığına etiraz edən  bacılarını məqsədinə çatan bacı ananın gözündə düşmən obrazına çevirə bilmiş və ana qızlarını evindən qovmuşdur.  Ata-ana evindən ayaqları kəsilən bacılar Raciyəyə arxayın olsalar da bir gün xəbər tuturlar ki, yatağa düşən  ana bir ay evdə xəstə halı ilə ac-susuz qızı Raciyyənin gələcəyini, anaya yemək gətirəcəyini gözləyib. Qız isə gəlməyib ki, gəlməyib. Anadan xəbərdar olan qonşular Fəridə xanımın digər övladlarına məlumat verirlər. Şikayətçimiz Amani Abidin həyat yoldaşı ilə birlikdə xəstə ananın ziyarətinə gedirlər. Evində tək yaşamağa qərar verən Fəridə ana heç bir övladının yanına köçməyə razılaşmır. Buna baxmayaraq A,Amaninin sözlərinə görə hər gün həyat yoldaşı və özü anaya baş çəkib, dərmanlarını alırlar. Artıq iki ildir ananın qayğısına qalan Abidin bəy və həyat yoldaşı maddi imkanlarının zəif olması səbəbi ilə xəstə ananın dərmanlarını almağa imkanları çatmır. O biri bacılar da bu ailə kimi. Maddi sıxıntılar səbəbi ilə anaya lazım olan müalicəni etməkdə çətinlik çəkirlər. Ananın əmlakına sahib çıxan Raciyyə Mustafayeva və əri Şamil Mustafayev isə ananın əmlakından əldə etdikləri gəlirdən anaya heç bir köməklik göstərmirlər. Şikayətçimiz onu da iddia etdi ki, hər həftə 1500(min beş yüz) manat ödəməklə müğəni qismində efirə çıxan(kanalın adını söyləməyə gərək görmədik) Şamil Mustafayev heç olmazsa ayda bir dəfə halallığını almadığı  pullardan  anaya dərman pulu ayırsın. Axı ər-arvad birlikdə Fəridə anaya baxacağınıza and içdiniz.
“Xəbəraz.az” saytı hər zamankı obyektivliyini qoruyaraq ünvanına daxil olan şikayətlər bir tərəfli qaydada aparmamaq məqsədi ilə qarşı tərəflə əlaqə yaratdı. Redaksiyamıza gələn Fəridə Şişəçinin kürəkəni Şamil Mustafayevin davranış tərzi, danışıqları, hərəkətləri insani davranışlardan  o qədər uzaq oldu ki, özlüyümüzdə şikayətçi A.Abidin baldızı və bacanağı haqqında  çox az həqiqəti söylədiyini düşündük.
Şamil Mustafayev redaksiyamıza daxil olub, ilkin olaraq niyə onu çağırmağımıza əsəbi və qaba tərzdə izahat tələb etdi. Şikayətçinin ərizəsi ilə tanış etdikdə isə hərəkətləri kəsgin şəkildə adikvat hal aldı. Bizi bir kənara itələyib, qeyri-qanuni ərizənin şəkilini şəkdi və ardından şikayətçinin ünvanına həd-qorxu dolu təhdidlər yağdırdı.
Ş.Mustafayev kəsgin emosiya halında olduğundan həyat yoldaşı Raciyəyə hədiyə olunmuş əmlakın sahibi qaynatasının psixatirik xəstəlikdən əziyyət çəkdiyini söylədi. Digər bir ifadəsində isə bildirdi ki qaynatası əmlakı qızı Raciyəyə verdiyinə görə digər qızları məhkəmədən tələb ediblər ki, atalarının cəsədi eskumasiya olunub, psixatirik müayinədən keçirilməklə anlaqlı-anlaqsız olduğu müəyənləşdirilsin. Amma nədənsə məhkəmə iddiaçıların tələbini rədd edib.Məqsədimiz bu faktı araşdırmaq deyil. Lakin görünən mənzərə onu ortaya qoyur ki, tibbi ekspert rəyi olmasa da Raciyənin digər bacıları atalarının ruhi sağlamlığından əmin deyilmişlər. 
Ş.Mustafayevə həyat yoldaşı Raciyənin şikayətçinin qeyd etdiyi kimi anasına baxmamasının səbəbini soruşduqda ağsaqqal adlandırılacaq yaş həddində olan Ş.Mustafayevin cavabı bizi insanlığımızdan utandırdı:-“Mənim yoldaşım şərt qoyub. Ya digər qızları, ya mən. Onları qapıdan qov mən sənə baxım. Arvad da qovmadığı üçün iki ildir Raciyə anasının qapısını açmır”.   Eşitdiyim bu cavabdan sonra  tək deyəcəyim bu oldu ki, qızınız qanunla anasına baxmağa borcludur.Əks halda anasını atmış övlad kimi ictimailəşdirmək hüququmuz vardır. Sözümü bitirməyimə macal vermədən Şamil Mustafayevin hədə dolu təhdidləri, böhdanları ilə üz-üzə qaldım. Hətta cibindən vəsidə çıxartmaqla(hansı orqana məxsus olduğunu oxumağa imkan yaratmadı) :”Mən dövlər məmuruyam. Sən o yazını yazıb, mənim şərəf-ləyaqətimə toxunsan özündən küs. O zaman gör mən sənə nə edəcəm”.
   Arada gedən dialoqdan aydın görünür ki, Ş.Mustafayev bütün etik normaları unutmağı bir kənara buraxaq, hətta hüquq normalarını belə heçə saymaqla redaksiyada təhdid, hədə-qorxu xarakterli davranışlar sərgiləyib, bizləri qorxutmağa çalığşdı.  Amma özünü dövlət qulluqçusu adlandıran Ş.Mustafayev bir həqiqəti unudur ki, bizim dövlətimiz demokratik dövlətdir və önə çəkdiyimiz faklarsa siz Şamil bəyə aid deyil. Həyat yoldaşınız Raciyyə Mustafayevanı müdafiə etmənizə gəlincə isə qanunlar sizin tərəfinizdə deyil. Həyat yoldaşınızın adından danışmağa səlahiyyətinizin olması barədə rəsmi sənəd təqdim etmədən qeyri-qanuni hərəkətləriniz istər dövlət qulluqçusu kimi, istərsə də vətəndaş kimi səlahiyyətlərinizi aşmaq deməkdir.  
Əlbətdə qələmə aldıqlarımız şikayətçimizin iddiaları və qarşı tərəfin mövqeyi idi. Biz sübuta yetirilməyən əmələ görə mühakimə yürüdə bilmərik. Lakin onu deyə bilərik ki,  Ş.Mustafayev bu gün cəmiyyətdə özünü nüfuzlu bir şəxsiyyət kimi hesab edirsə dördüncü hakimiyyət olan mətbuata hörmətlə yanaşıb davranış qaydalarına nəzarət etməli idi. Bu bizim sizin haqqınızda gəldiyimiz qənaətdir və bunları sübuta yetirməyə gərək yoxdur ki, siz nə Azərbaycan Respublikasının qanunlarına nə də insanlığın yazılmamış qanunlarına hörmətlə yanaşmırsınız. Digər tərəfdən isə A.Amaninin ərizəsində göstərilənlər  təsdiqini taparsa Raciyyə Mustafayeva anasına baxmaq üçün hər ay qanunla müəyyən olunmuş müavinnət ödəməyə məcbur edilə bilər. Bu insanların yaratdığı qanundur. Allahın qoyduğu qanun isə ata-ana haqqının ödənməsi bu dünyanın sərvətləri ilə başa gələ bilmz. Ata-ana dünyanın heç bir xəzinəsi ilə müqayisə olunmayan sərvətdir. Quluğunda dayanmaq isə Cənnəti ayaqlarımıza gətirən savabdır. Məgər dünya malı bu qədər şirin oldu ki, Axirətimizi müvəqqəti yaşam yeri olan bu dünyanın sərvətinə dəyişdik?
Tərifə Şükürqızı                      


Xəbəri paylaş

1 2928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___