Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bürclərin xususiyyətləri
Tarix: 22-03-2015 | Saat: 00:01
Bölmə:Karusel / M2 / Qoroskop | çapa göndər

Bürclərin xususiyyətləri

Qoç

O bir idealistdir!

Güclü bir "mən" duyğusu vardır. Hər şeyin açıq və dəqiq olmasından xoşlanar. Öz düşüncələrinin doğru olduğuna inanar. Yol göstərəndir, lakin çox səbirsizdir.
Qoç bürcü, Zodiakda birincidir. İdarəçi planeti olan Mars, fiziki görünüşünü, eqoist mənfəətlərini, xarakter xüsusiyyətlərini, xarici faktorlara uyğunlaşmalarını və reaksiyalarına ruhi xüsusiyyətləri və davranışlarına təsir edər!

Ən diqqətə çarpan duyğusu
Həddindən artıq dərəcədə həssas və romantikdirlər. Primitiv bir hirs və qızğın bir hava içində olarlar. Şən bir quruluşa sahibdirlər. Kənardan baxıldığında duyğularıyla yaşayan bir insanı xatırlatmazlar. Bu görünüşləri, duyğularını göstərməkdən heç xoşlanmamalarından qaynaqlanar. Nə yaşayırsa, öz içində yaşar!

Sevdiyi məkan
İzdiham məkanlardan və rəngli işıqları olan yerlərdən xoşlanarlar. Partiyalara huşunu itirərlər və həmişə axtarılan insan olmaq istəyərlər.

Dözə bilmədikləri
"Səni sevirəm" kimi sözlərin azalmasına və "həmişə nəsə çatmır" cümləsinə heç bir şəkildə dözə bilməzlər.

Alver
Qoç bürcləri, əlindəki pulu ən çətin tutan bürclər arasındadır. Bir anda bütün pullarını bitirərək çətində belə qala bilərlər. Bədxərcdirlər! Hər gördüklərini almaq kimi bir vərdişləri vardır. Bu xasiyyətləri başlarına dərd açsa da çox əhəmiyyətli hesab etməzlər. Çünki könüllərinin zənginliyindən heç şikayət etməzlər və dəyişmək də istəməzlər.


Buğa

İstiqanlı və nə istədiyini yaxşı bilən!
İnadçı strukturları, ümumiyyətlə özlərinə dərd olar. Materialistdirlər və gündəlik nizamının pozulması qorxusuyla yaşayarlar. Öküz bürcü, Zodyakda ikincisir. İdarəçi planeti olan Venera, pul, sahib olunacaq mal, mülk, maliyyə vəziyyət və iş həyatını, ticarət qabiliyyətləri, təhlükəsizliyi və iqtisadi problemlərinə təsir edər. Bu bürcün şifrəsi, pul və maddilikdir!
Bunlara asılı olaraq bu bürcün sakinləri lüks, rahatlıq, sərvət, gəlir və ticarət qabiliyyətləri, qazanma bacarığının qiymətləndirməsindən təsirlənər.

Ən diqqətə çarpan duyğusu
Hərəkətlilik onlara görə deyil. Küsəyən bir quruluşa sahibdirlər. Qarşılarına çıxan fürsətləri şübhəylə qarşılaya bilərlər. Enerjilərini istifadə etməsini çox sevməzlər! Daim təmkinli və məntiqlidirlər. Maddiyyətə əhəmiyyət verdiklərindən, hissiyyatları da həmişə etibarda qala bilmək üzərinədir.

Sevdiyi məkan
Qrupu torpaqdır. Təbiət ilə inteqrasiya olunma, hisslərini hər vaxt coşdurar. Təbiəti çox sevdikləri üçün meşə gedişinə ya da piknike getməkdən çox xoşlanarlar.

Dözə bilmədikləri
Üzr istəməkdən heç xoşlanmazlar. Əgər bir səhvləri varsa və həqiqətən qarşı tərəfə haqsızlıq etmişlərsə, ancaq o zaman üzr diləyə bilərlər.

Alver
Məntiqli hərəkət edərlər. Pula əhəmiyyət verən Öküzlər alver edərkən sabahı və gələcəklərini düşünərlər. Tutumludurlar!


Əkizlər

İnsanlara kömək etməyi çox sevər!
Ümumiyyətlə mühitin sevinc qaynağı olarlar. Başqalarına qarşı həssasdırlar. Düşüncələri aydın və tərəfsizdir. Dəqiqdirlər.
Əkizlər bürcü, Zodyakda üçüncüdür. İdarəçi planeti olan Merkuri qardaş əlaqələri, ünsiyyəti, təhsil ilə qısa səfərləri, ətraf əlaqələrini və qısa davamlı planlarına təsir edər.Bu bürcü təyin edən şifrə intellektuallıqdır!
Yaxın ətraf və qısa səfərlər, onları təmsil edər. Onlarda olan planetlər, adamın yaxın ətrafı ilə əlaqələrini, düşüncə və davranışlarını, cəmiyyətdə var olma mübarizəsindəki zehni rəftarına doğrudan təsir edər.

Ən diqqətə çarpan duyğusu
Əkizlər, yoldaşlıq etdiyi insanlarla hər hansı bir mühitə girdiyində, o mühitdə sevinc qaynağı olar.

Sevdiyi məkan
Yeni yerlər kəşf etməyi sevərlər. Qəşəng məkanlardan xoşlansalar da bilinməyən balıqçı restoranlarına getməyi də istəyərlər.

Dözə bilmədikləri
Qarşısındakı insanın onu dinləməməsinə dözməz! Çünki dinləməmək ona görə hörmətsizlikdir. Əkizlər üçün hörmətsizlik, əhf edilməyəcək bir qüsurdur!

Alver
Alver edərkən çox da tutumlu deyildirlər. Alver onlar üçün əhəmiyyətlidir. Alacaqları nə olursa olsun, tək-tək sınamaq istəyərlər.


Xərçəng

Xərçənglər xoş niyyətlidir!
Mərhəmətli olmaları, ətrafındakı insanlara xoş görünər. Yumşaq xasiyyətlilərdir. İç dünyaları zəngindir. Nitqləri axıcıdır. Xərçəng bürcü, Zodyakda dördüncüdür. İdarəçi planeti olan Ay adamın doğumunu, ev həyatını, imkanlarını, ana və ata ilə münasibətlərini, fərdi bağlılıqlarına təsir edər.
Bu bürc ailə və yuvanı təmsil edər! Təbii planeti Ay olmasına baxmayaraq, güclü planetlər Jupiter və Neptun da onun üzərində təsirlidir. Onların təsirində olan adam, həyat boyunca özünə uyğun bir təməl qanun yaradar və bu qanunla yaşayar. Bu da daha çox yaşadığı ev mühitində özünü müəyyən edər.

Ən diqqətə çarpan duyğusu
Xərçənglər səbrli strukturları və mərhəmətli olmalarıyla, bütün diqqətləri üzərlərinə toplarlar. Yaxşı niyyətləri sayəsində bir çox qazancları olar.

Sevdiyi məkan
Dəniz, çay, göl kənarlarını qısacası sahildə olmağı çox sevərlər. Bu məkanlarda dinclik tapdıqlarına inanarlar.

Dözə bilmədikləri
Əgər partneri Xərçəngin öz zövqü xaricində bir fəaliyyətlə birlik davam etdirməyə çalışırsa, onun üçün bu vəziyyət heç xoş qarşılanmaz.

Alver
Xəsis davranan Xərçənglər bəzi vəziyyətlərdə çox pul xərcləyərlər. Alver etmək onlar üçün müalicə xüsusiyyəti daşıyar.


Şir

Şir bürcü comərddir!
İrəli fikirli insanlardır. Özlərini bəyənərlər və ön planda olmaqdan xoşlanarlar. Yaradıcılıqları inkişaf etmişdir. Aslan bürcü Zodyakda beşincidir. İdarəçi planeti olan Günəş, uşaqlarını, əyləncə və zövq həyatını, eşqləri, ehtirasları, ictimai fəaliyyətlərini, göz altına aldıqları riskləri və atılacağı macəralara doğrudan təsir edər. Bu bürc yaradıcılığı təyin edər!
Bu bürc adamının uşaqlarını, bütün gözəl sənətləri, eşq əlaqələrini, ictimai ətrafını, əyləncə meylini, qumar ilə olan əlaqəsini və maddi fərziyyələrini idarə edər. Bundan başqa uşaqlarının ibtidai təhsil vəziyyətini, idman işlərini, yaradıcılıq cəhətdən müvəffəqiyyətini və cəmiyyətdə qəbul edilərliyini göstərər. Bu bürc başqa bir deyişlə dinamik gücümüzlə həyatımızda dəyişdirəcəyimiz bütün hərəkətlərin idarə edildiyi yerdir.

Ən diqqətə çarpan duyğusu
Şirlər şəndir. Olduqları mühitdə ətraflarına sevinc saçarlar. Ön planda olmaq üçün insanlardan istifadə edə bilərlər.

Sevdiyi məkan
Şirlər bahalı məkanlarda olmaqdan xoşlanarlar. Xaricdə gəzməyi və gecə əyləncələrində olmağı sevərlər.

Dözə bilmədikləri
Şirlər özlərinə hörmət edilməməsindən nifrət edər! Onlar üçün hörmət hər şeydən əvvəl gəlir. Onları dinləməyən biriylə yoldaşlıq qurmazlar.

Alver
Alver edərkən olduqca bankir davranarlar. Hər şeyi asan asan bəyənməzlər və əgər bir alverdə yanlarında yoldaşları varsa, onlara hesab ödətdirməzlər.


Qız

Son dərəcə diqqətli olan Qızlar detalçıdırlar!
Vasvası olmalarıyla fərqlənən Qızlar həm də təvazökarlardır. Qız bürcü, Zodyakda altıncıdır. İdarəçi planeti olan Merkuri bu bürc sakinlərinin bacarığını, iş üsullarını, fərdi səylərini, fizikii və romantik sağlamlığına təsir edər.

Ən diqqətə çarpan duyğusu
Qızlar duyğularıyla deyil, məntiqləriylə hərəkət etməyi sevər! Məntiq çərçivəsində əhəmiyyətli gəlməyən heç bir şey, həyatlarında iştirak etməz.

Sevdiyi məkan
Ev söhbətlərini sevərlər, çünki dostlarıyla vaxt keçirmək istəyərlər. Kino və konsertə getməkdən xoşlanarlar. Sakit məkanları seçərlər.

Dözə bilmədikləri
Qızlar hər şeyi çox yaxşı xatırlayar. Yoldaşlarının onun haqqındakı düşüncələri mənfidirsə, onları həyatlarından çıxartmağı belə gözə alar. Əgər qarşınızdakı insan Qız bürcü isə onun sizə söylədiklərini unutmamağa çalışın.

Alver
Detala əhəmiyyət verərlər. Alverdən əvvəl alacaqları məhsulu araşdırarlar və uyğun qiymətli məhsulları seçərlər.


Tərəzi

Son dərəcə balanslıdır!
Ölçülü davranmağa çalışarlar. Ədalət duyğuları çox inkişaf etmişdir. Yalana nifrət edərlər. Ünsiyyətləri yaxşıdır. Tərəzi bürcü, Zodyakda yeddincidir. İdarəçi planeti olan Venera ətrafına olan əlaqələrinə, seçiləcək həyat yoldaşı tipi və evliliyə, ortaqları, yaxın dostları, dostluqları və cəmiyyət həyatına təsir edər.
Sevgiləri güclüdür! Bəzən pessimist davransalar da bu pessimizmləri yalnız bir neçə dəqiqə davam edər.

Sevdiyi məkan
Əylənməyə huşunu itirərlər! İzdiham və musiqili mühitlərdə olmaqdan xoşlanarlar. Matçlar və açıq hava konsertləri, onlar üçün yaxşı bir əyləncədir.

Dözə bilmədikləri
Qarşısındakı insanın yalan danışdığını anladığı andan etibarən, onunla əlaqəsini kəsər. Çox qısqancdır! Əgər partnerinin ətrafını tanımazsa, qısqanclıq böhranlarına girə bilər.

Alver
Keyfiyyəti sevərlər və alverdə estetikaya çox əhəmiyyət verərlər. Kombin etmə qabiliyyətləri inkişaf etmişdir. Alacaqları məhsul keyfiyətlidirsə, pul onlar üçün əhəmiyyətli deyil.


Əqrəb

Ehtiraslı insanlardır!
Məqsəd sahibi olmaq istəyərlər. Xəyal dünyaları genişdir. Qərarları iti və qətidir. İnstinktləri inkişaf etmişdir. Əqrəb bürcü, Zodyakda səkkizincidir. Bu bürcün şifrələri cinsəllik, ölüm, yenidən doğuş, miras, iştirak və birləşmiş qazancdır.

Ən diqqətə çarpan duyğusu
Bəzi Əqrəb bürcləri pessimistdir. Onlara təqdim edilən yaxşı fürsətləri belə pessimizmləri üzündən qəbul etməyə bilərlər.

Sevdiyi məkan
Gurultulu mühitləri çox sevərlər. Gecə həyatlarından əsla vaz keçməyən Əqrəblər, cazibədarlıqlarını ortaya çıxaracaqları yerləri seçərlər.

Dözə bilmədikləri
Hər şeyi başlarına taxarlar. Əgər Əqrəb kişisi sizə çiçək almışsa və siz o çiçəyi soldurmuşsunuzsa, sizinlə əlaqəsini bitirə bilər. Çünki çiçək onlar üçün duyğuları təmsil edər.

Alver
Alverə çıxmaqdan xoşlanmazlar, amma ən böyük endirimlər edə bilirlər. Heç kəsin görmədiyi detalları görərlər.


Oxatan

Son dərəcə açıqsözlüdürlər!
Öyrətməkdən çox xoşlanarlar. Mühakimə duyğuları ön plandadır. Uca ruhlu və comərdlərdir. Oxatan bürcü, Zodyakda doqquzuncudur. İdarəçi planeti olan Jüpiter, adamın ruhi həyatını, təhsilini, uzun səfərlərini, qanuni işlərini, xülyalarını, uzaq ölkələrdəki vəziyyətini idarə edər.

Ən diqqətə çarpan duyğusu
Susqun olan Oxatanlar danışmaqdan çox xoşlanmazlar.

Sevdiyi məkan
Sərgi, konsert, teatr kimi fəaliyyətlərə də qatılmaq istəyərlər. Oralarda dinclik taparlar. Olduqları mühitin kefini çıxartmaq istəyərlər.

Dözə bilmədikləri
Çox utancaqdır və hər şeyi dadında buraxmaq istər. Uzun əlaqələrdən xoşlanmazlar. Onlara bir şeyi bir dəfə söyləsəniz kifayətdir.

Alver
Alverdən xoşlanmazlar. Gəzərkən gözlərinə ilişən bir şey varsa, onu almağı seçərlər.


Oğlaq

Oğlaqlar çox səbirlidir!
Məqsədlərinə intizamlı bir şəkildə çatmaq istəyərlər. Qərarı qətidir. Qərar verdikdən sonra başqalarına diqqət etməz. Oğlaq bürcü, Zodyakın onuncudur. İdarəçi planeti olan Saturn, adamın karierini, siyasi həyatını, xüsusiyyətlərini, həyatda eniş və çıxışlarını, bütün olanları və peşə həyatını idarə edər.

Ən diqqətə çarpan duyğusu
Oğlaqlar danışmağı çox sevər! Onunla məsləhətləşildiyində, dərhal fikir verə bilmə xüsusiyyətinə malikdir və izah etdikcə izah edər.

Sevdiyi məkan
Tanışı insanların olduğu işlərə qatılmağı sevərlər. Yeməkli yığıncaqlar, konsertlər və şişirtməsiz təşkilatlar onlara görədir.

Dözə bilmədikləri
Onları sıxmamağa çalışın. Çünki Oğlaqlar çətinliyə heç dözə bilməz. Narahat ola biləcəyini düşündüyü vəziyyətlər üzündən əsəbi davranar.

Alver
Boş yerə alver etməkdən xoşlanmazlar. Alverə çıxmadan əvvəl lazımlı olanların siyahısını edərlər və sistematik bir şəkildə davranarlar.


Dolça
Müstəqilliklərinə çox düşkündürlər!
İrəliyə dönük hərəkət edərlər. Yenilikçidirlər. İnandıqları fikirlərə can qoyarlar. Vedrə bürcü, Zodyakın on birincidir. İdarəçi planeti olan Uran, dostları, ümidləri, arzu və diləkləri, ictimai dəyərləri, köməkləşməyi və zehni azadlığı idarə edər. Bu bürc cinsi instinktlə də bağlıdır.

Ən diqqətə çarpan duyğusu
Susqun olan Dolçalar danışmağı çox sevməzlər. Cəmiyyət içərisinə girdikləri zaman, danışması lazım olan yerlərdə danışarlar.

Sevdiyi məkan
İzdiham olan məkanları sevərlər. Ətraflarında özlərini dinləyən insanlar olmasını istəyərlər.

Dözə bilmədikləri
Qısqanılmaqdan nifrət edərlər! Qısqanclıq böhranlarına girib onu daraltmayın. Harada olduğunu və neçədə geri gələcəyini bilməyə haqqınız olduğunu xatırladın. Əks halda özbaşına hərəkət edər.

Alver
Yaxşı bir endirim etməyi bacarırlar. Alverdə tək bir mağaza yerinə bir çox mağazada gəzməyi sevərlər.



Balıq
Mistik və fəlsəfi hadisələri bilmək istər! Rahatlıqlarına düşkündürlər. Məntiqli istiqamətdə hərəkət edərlər. Əgər çox üstlərinə getsəniz, gerçəklərdən qaçmağı seçim edə bilərlər. Balıq bürcü, Zodyakın on ikincisidir. İdarəçi planetləri olan Neptün və Jüpiter, gücü, müvəffəqiyyətsizlikləri, xəstəlikləri, gizli düşmənləri, gözlənililməyən hadisələri, ruh sağlamlığını, vərdişlərini, şüuraltı vərdişlərini, zehni sirlərini doğrudan idarə edər.
Ən diqqətə çarpan duyğusu
Balıqlar canları sıxıldığında, tək qalmağı seçərlər. Əgər xoşbəxtdirsə, yoldaşlarıyla olmağı seçər və mühitin sevinc qaynağı olar.
Sevdiyi məkan
Dəniz kənarında olan restoranları, romantik musiqi dinləyə biləcəyi məkanları seçərlər. Sanatsal fəaliyyətlərə qatılmaqdan xoşbəxt olarlar.
Dözə bilmədikləri
Balıqları hörmətdən salmağı sınamayın! Onlar hər vaxt təsdiqlənmək istəyərlər. İzdiham bir mühitdə yoldaş qrupuyla gedilən bir yeməkdə, ona "kilo alırsan, bəlkə şirniyyat yeməyəsən" kimi sözlər söyləməyin, çünki qarşılığı dərhal gələcəkdir.
Alver
Balıqlar alver etməyə huşunu itirər! Əsl ehtiyacları olmayan hər şeyi alarlar. Çünki nə istədiklərini heç vaxt bilməzlər. Pul xərcləməyi sevərlər.


Xəbəri paylaş

1 3618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___