Müəllimlərin işə qəbulu ilə bağlı - MƏLUMAT
Tarix: 19-08-2018 | Saat: 12:52
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
Avqustun 18-də müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.
Təhsil Nazirliyindən bildiriblər ki, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, fiziki tərbiyə, informatika, kimya, fizika, texnologiya, alman dili, fransız dili, rus dili və ədəbiyyatı, rus dili, biologiya, riyaziyyat, coğrafiya, ingilis dili, tarix, musiqi və təsviri incəsənət fənləri üzrə keçirilmiş müsahibələrdə dörd minədək namizəd iştirak edib.
Müsahibə mərhələsinin nəticələri barədə məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Qeyd edək ki, müəllimlərin işə qəbulu dörd mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilib. Bu mərhələdə keçid balını toplamış namizədlər səkkiz vakant yer seçiblər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılıb.
Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılıb.
İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.
Xəbəri paylaş
7128 dəfə oxunub.
Digər xəbərlər

30-07-2023, 13:38
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5-02-2021, 14:47
İki oğlunun itkin düşdüyünü deyən qadınla bağlı RƏSMİ AÇIQLAMA
7-05-2016, 02:10
“07”nin sürücüsü qəza törədib qaçdı - 3 yaralı+Foto
9-07-2016, 01:09
Xəyanət etməyən kişini tanımaq - ÜSULLARI
12-10-2015, 17:04
“Röya Azərbaycanın 1 nömrəli müğənnisidir“
7-03-2016, 13:41
Elzadan yeni şeir: "Qoyun olun, Qoyun olun..."
11-03-2016, 13:36
Avropa Liqasında 1/8 final mərhələsinin oyunları keçirildi - NƏTİCƏLƏR
19-11-2022, 12:27
Zəncanda 12 yaşlı yeniyetmə öldürüldü
29-10-2017, 13:01
Naxçıvanda yol qəzasında 4 yaşlı uşaq öldü