Qobustanda həbsdən azad edilmiş şəxslər üçün Mərkəz tikilir - FOTO
Tarix: 18-08-2018 | Saat: 19:41
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şamaxı rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan və son tamamlama işlərinin aparıldığı 4 mərtəbəli, 36 mənzilli yaşayış binası ilə tanış olub.
Nazirlikdən verilən məlumata görə, binanın həyətində mənzillərdə sakinlərin rahatlığı üçün yaradılan şərait, eləcə də əlilliyi olan insanların maneəsiz hərəkət imkanlarına malik olması, mənzillərdə kommunal təchizat sistemlərinin keyfiyyətlə quraşdırılması üçün görülən işlər nəzərdən keçirilib. Bildirilib ki, yaşayış binasındakı mənzillər Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlillik siyahısı əsasında Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin istifadəsinə veriləcək.
Həmçinin penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Qobustan rayonunda tikintisi başa çatmaqda olan 50 yerlik Sosial Adaptasiya Mərkəzində yaradılan şəraitə baxış olub. Mərkəzdə qeyd olunan şəxslərin sosial mühitə uyğunlaşdırılması, onlara hüquqi, psixoloji və s. yardımların göstərilməsi, qanuni mənafelərinin qorunması üçün aidiyyəti dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində işlər aparılacaq.
Burada onların əmək bazarına çıxışının asanlaşdırılması üçün peşə hazırlıqlarının təşkili üçün də müvafiq tədbirlər həyata keçiriləcək.
Xəbəri paylaş
7358 dəfə oxunub.
Digər xəbərlər

18-07-2016, 16:40
Bu hadisə qazaxları qəzəbləndirdi - VİDEO (18+)
24-05-2016, 21:55
Cəmilə: “Pozalar verməyi çox sevirdim...”
19-03-2016, 11:15
Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb: 61 ölü (VİDEO)
14-02-2018, 13:00
Dindarlar İlham Əliyevin namizədliyini dəstəkləyir- Allahşükür Paşazadə
22-10-2015, 15:54
Ramazan Abdulatipov İlham Əliyevin qəbulunda
5-05-2016, 01:12
Millimizin heyəti bəlli oldu
7-05-2016, 21:15
Medvedyev MDB nazirlərinə məktub göndərdi
19-08-2016, 13:26
Şükürlər olsun ki, artıq tam sağalıb vətənə dönüb
18-06-2020, 11:18
Həftəsonu sərt karantin rejiminin tətbiqi ilə bağlı AÇIQLAMA