Naxçıvanda toy sahiblərinə heç bir qadağa qoyulmayıb - Rəsmi açıqlama
Tarix: 18-08-2018 | Saat: 13:12
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov sosial şəbəkələrdə Naxçıvan toylarında yeməklərin məhdudlaşdırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Xeberaz.az xəbər verir ki, o, sözügedən informasiyanın həqiqəti əks etdirmədiyini bildirib:
"Sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında toy mərasimləri ilə bağlı yayılan informasiyalar absurd fikirlərdir, həqiqəti əks etdirmir. Yas mərasimlərində israfçılığın olmamasını insanlarımız özləri də istəyir. Amma toy mərasimlərinin sifarişlə və ya dövlətin qanunları çərçivəsində keçirilməsi fikirləri yalan informasiyalardır. Kim istəyir çadırda, kim istəyir şadlıq sarayında toy mərasimini keçirə bilər. Kim hansı menyunu istəsə gələn qonaqlara təqdim edə bilər. Kimsə öz övladına toy edirsə onun necə keçirilməsinə və masaya hansı yeməklərin qoyulmasına kimsə inzibati yolla müdaxilə edərmi? Bunu uyduranların məqsədi nədir? Toy xalqımızın milli adət-ənənəsidir və min illərin sınağından çıxmış bu cür gözəl adətlərimizə kimsənin kölgə salmağa haqqı yoxdur”.
Xəbəri paylaş
5508 dəfə oxunub.
Digər xəbərlər

2-12-2017, 12:36
Türkiyə azərbaycanlı iş adamı ilə bağlı BMT-yə MÜRACİƏT EDƏCƏK
23-02-2016, 13:35
Seksual aparıcının canlı efirdə halı pisləşdi (VİDEO +18)
27-02-2016, 19:12
Şəkəri aşağı salan, köpü götürən, xərçəngdən qoruyan göyərti - FAYDALARI
22-10-2023, 19:41
Qubada toy karvanında ağır qəza: Ölənlər var - FOTO
25-01-2020, 18:36
Putin Ərdoğana başsağlığı verdi
29-01-2022, 11:16
DİN şəhidin adına protokolun göndərilməsinə münasibət bildirib
22-05-2017, 18:54
Aparıcı Şəhriyar: "Saçıma dən düşməyi məni sevindirir"
1-03-2016, 20:06
Bakıda evlər 2 dəfə ucuzlaşıb
10-02-2016, 10:38
Bakıda iki uşaq anası doğuşdan sonra ölüb - FOTO