Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Azərbaycanda manatın məzənnəsinin dalğalanması üçün səbəblər mövcud deyil" - İqtisadçı
Tarix: 09-08-2018 | Saat: 13:50
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

"Azərbaycanda bu gün manatın məzənnəsinin dalğalanması üçün səbəblər mövcud deyil".
"Xəbəraz.az " xəbər verir ki, bunu Trend-ə iqtisadçı ekspert, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib.
O deyib: "Son dövrlərdə manatın məzənnəsinin dalğalanmasının olmaması, iqtisadiyyatın dollarlaşma səviyyəsinin aşağı olması, tədiyə balansının cari əməliyyatlar hesabının müsbət dinamikası - bütün bu amillər deməyə imkan verir ki, Azərbaycanda milli valyutanın məzənnəsinin sabitliyi qorunub saxlanacaq. Demək olar ki, bu gün manat lazımi səviyyədədir. Vətəndaşların milli valyutaya inamı artıb. Vəziyyəti dövlətin vaxtlı-vaxtında addımları nəticəsində sabitləşdirmək mümkün olub".
Ekspert əlavə edib ki, bu gün manatın sabit kursu dövlətin həyata keçirdiyi iqtisadi siyasətə uyğundur:
"Dövlət qarşısına sabit iqtisadi artımı təmin etmək məqsədi qoyub. Bu məqsəd üçün strateji yol xəritələri reallaşdırılır. Bununla bağlı olaraq valyutanın sabit məzənnəsinin olması qəbulediləndir. Bu məqsədin təmin olunması üçün bütün mümkün vasitələrdən istifadə edilir".


Xəbəri paylaş

5488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___