Mehman Hüseynovun anası vəfat etdi - özü dəfndə iştirak etmək üçün azadlığa buraxıldı - YENİLƏNİB
Tarix: 06-08-2018 | Saat: 18:15
Bölmə:Karusel / Gündəm / M2 / Məşhurların Taleyi | çapa göndər
Həbsdə olan bloqqer Mehman Hüseynova ötən gecə vəfat edən anası Firəngiz Hüseynovanın yas mərasimində iştirak etməyə icazə verilib.
"Xəbəraz.az " bildirir ki, bunu Report-a Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.
O qeyd edib ki, M.Hüseynovun anasının yas mərasimində iştirak etməsi ilə bağlı müraciətinə baxılıb və müvafiq qərar qəbul olunub.
M.Hüseynov anasının yas mərasimində iştirak etməsi üçün müvəqqəti azadlığa buraxılıb. O, yas mərasimi bitəndən sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılacaq.
Xatırladaq ki, Nəsimi rayon Polis idarəsinin (RPİ) rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib.
O, bloqqerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, M.Hüseynovun anası F.Hüseynova ötən gecə vəfat edib.
----------
11:57
Həbsdə olan video-bloqer Mehman Hüseynovun anası vəfat edib.
"Xəbəraz.az " xəbər verir ki, M.Hüseynovun anası 71 yaşlı Firəngiz Hüseynova bu gün dünyasını dəyişib. O, 3 həftə öncə intensiv ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Bir neçə gün əvvəl M.Hüseynovun anası ilə görüşməsi üçün müraciət edilsə də, Penitensiar Xidmət rəhbərliyi bloqerin davranışlarını əsas gətirərək buna icazə verməmişdi.
Xəbəri paylaş
7638 dəfə oxunub.
Digər xəbərlər

29-03-2017, 11:10
Cəbhədə gərginlik davam edir - Ermənilər 3 mərmi atdılar
21-04-2016, 01:23
Bakıda sərxoş kişi intihara cəhd edib
7-02-2022, 13:14
Qapanmalar ola bilər: yoluxma sayı yüksəkdir
31-07-2018, 16:20
Fədayə avtoritetləri qaçırmasının sirlərini açdı – Şok ifadə
5-02-2022, 13:24
Ordubada 46 santimetr qar yağıb - FAKTİKİ HAVA
18-07-2016, 00:37
Şəmkirdə toyda kütləvi dava: 3 nəfər bıçaqlandı
8-09-2016, 11:57
Asqırmağın faydaları və zərərləri
31-03-2017, 14:00
İLHAM ƏLİYEV: "İşğal edilmiş torpaqlarımızda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir"