Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var
Tarix: 31-07-2018 | Saat: 17:49
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

Ermənistanın Gümrü bölgəsində rus hərbçilərin iştirakı ilə növbəti insident baş verib.

"Xəbəraz.az "  xəbər verir ki, bu barədə “Shamshyan.com” saytı informasiya yayıb.
Məlumata görə, 30 iyul saat 00:50 radələrində polis bölməsinə Gümrüdə yerləşən tibb mərkəzindən sərxoş halda vətəndaşın gətirilməsi barədə məlumat daxil olub. Xəstədə kəllə-beyin travması, beyin silkələnməsi, hematoma və bədənində sıyrıqlar müşahidə olunub. Bundan bir qədər sonra isə xəstəxanaya sərxoş halda ikinci şəxsin gətirilməsi barədə polisə məlumat verilib.
Polis əməkdaşları xəsarət alan şəxslərin Rusiya Federasiyası vətəndaşları 34 yaşlı Denis Makiyev və 36 yaşlı Pavel Romanov olduğunu müəyyən edib. Makiyev və Romanov sərxoş halda yataqxananın həyətində mübahisə ediblər və bundan sonra dava başlanıb. Makiyev həmçinin 35 yaşlı Yeqor Kibalçiçə məxsus avtomobilə də xəsarət yetirib.
Makiyev və Romanovun Rusiya Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində, Kibalçiçin isə Gümrüdəki rus hərbi bazasında xidmət etdiyi məlum olub.


Xəbəri paylaş

7998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___