Azərbaycana "Lada Vesta" gələcək
Tarix: 11-07-2015 | Saat: 12:14
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
Rusiyanın avtomobil istehsalçısı "AvtoVAZ" Yekaterinburqda keçirilən "İnnoprom-2015" sənaye yarmarkasında özünün yeni "Lada Vesta" modelini təqdim edib. Xeberaz.az-ın rus mətbuatına istinadən yaydığı məlumata görə, yeni avtomobilin kütləvi istehsalına sentyabrda, satışına isə noyabrda başlanılacaq.
"AvtoVAZ"ın təmsilçisi Aleksandr Bredixinin sözlərinə görə, "Lada Vesta" bütün tələb və standartlara, o cümlədən təhlükəsizlik və ekologiya standartlarına uyğundur. Avtomobil Rusiya istehsalı olan komponentlərdən istifadə etməklə ərsəyə gətirilib və ilk növbədə daxili bazar üçün nəzərdə tutulub.
Avtomobilin klassik, komfort və lüks komplektasiyalarda buraxılması nəzərdə tutulub. Onun mühərrikinin gücü komplektasiyadan asılı olaraq 87-114 at gücündə olacaq. Maşının sürət qutusuna gəlincə isə, həm mexaniki, həm də avtomatik sürət qutusuna malik avtomobilin buraxılması planlaşdırılır.
Yeni model Rusiya ilə yanaşı, digər MDB ölkələri – Qazaxıstan, Ukrayna, Belarus, eləcə də Azərbaycan bazarına çıxarılacaq.
Xəbəri paylaş
1 2008 dəfə oxunub.
Digər xəbərlər

20-07-2015, 10:12
ABŞ: - “İran hələ də bizim düşmənimizdir”
29-06-2023, 11:18
Ailə münaqişəsi faciə ilə nəticələndi - Qadın övladının ölümünə "qisməti beləymiş" dedi - VİDEO
7-12-2020, 15:30
Xamneyinin ölüm xəbəri yalan çıxdı
5-02-2019, 12:02
Hacıqabulda ov edən əcnəbi cərimələndi
30-05-2016, 19:05
Almaniyadan Türkiyəyə zərbə: “Soyqırım” tanınır
29-11-2015, 13:48
Zaqatala sakini müəmmalı şəkildə qollarını itirdii
26-01-2021, 17:15
Şirvanda həkimlər maaşlarını ala bilmir?
7-09-2015, 15:54
Mətanət İsgəndərli bacısını yanından uzaqlaşdırdı
30-03-2020, 12:55
Əhaliyə güzəştlər edilsin! - Milli Məclisdə ÇAĞIRIŞ