5 yaşlı uşağı çomaqla döyüb öldürən şəxslə bağlı YENİ XƏBƏR
Tarix: 23-07-2018 | Saat: 19:57
Bölmə:Karusel / Hadisə | çapa göndər
Kürdəmirdə oğlunu öldürməkdə təqsirləndirilən ögey ata barəsində həbs-qətimkan tədbiri seçilib. Baş Prokurorluğun mətbuat ximdətindən verilən məlumata görə, iyulun 21-də 2013-cü il təvəllüdlü Yaqubov Murad Bayraməli oğlunun çoxsaylı bədən xəsarətləri alması nəticəsində vəfat etməsi faktına görə Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq zamanı Kürdəmir rayonunun Muradxan kənd sakini, 1974-ci il təvəllüdlü Abdullayev Abdulla İnqilab oğlunun həmin kəndin qış otlaq sahəsində yerləşən fermada qeyri-rəsmi ailə münasibətlərində yaşadığı Sevanə Yaqubovanın azyaşlı oğlu Murad Yaqubova 2018-ci il iyunun 26-dan iyulun 21-dək heç bir əsaslı səbəb olmadan anasının gözləri qarşısında xüsusi amansızlıqla və qəddarlıq nümayiş etdirib mütəmadi olaraq qəsdən bədəninin müxtəlif nahiyələrinə çomaqla vurmasına, eləcə də əlləri ilə döyməklə həyat və sağlamlığı üçün təhlükəli olan çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Aldığı çoxsaylı bədən xəsarətləri nəticəsində M.Yaqubov iyulun 21-də vəfat edib.
Cinayət işi üzrə A. Abdullayev təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Xəbəri paylaş
9038 dəfə oxunub.
Digər xəbərlər

1-09-2015, 17:22
Lavrov Bakıya gəlir: işğaldakı 7 rayon müzakirədə
9-05-2018, 11:46
Türkiyəli müğənni ARB TV-nin efirində aparıcılıq etdi – VİDEO + FOTO
14-04-2022, 11:03
İcra nümayəndəsinə hədə-qorxu gələn sayt rəhbəri tutuldu
6-01-2016, 00:36
“Eldar Sabiroğlunun istefa verən oğlu Baş Prokurorluğa çağırıldı
22-06-2022, 11:57
Azərbaycanda FACİƏ: Traktor 13 yaşlı uşağı vurub öldürdü
7-05-2015, 20:55
Türklərə məxsus məscid yandırıldı
20-04-2016, 14:09
Əli Həsənov BMT-də çıxış edib
27-11-2017, 09:55
Marketlərdə yenə bahalaşma başladı