Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda qiymət artımına xüsusi komissiya yaradıldı (VİDEO)
Tarix: 11-07-2015 | Saat: 03:58
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Xəbəraz TV | çapa göndər

Bakıda qiymət artımına xüsusi komissiya yaradıldı (VİDEO)

Qarşıdan Ramazan bayramı gəlir. Bayramla əlaqədar nəqliyyat qurumları gücləndirilmiş rejimdə çalışacaq. Şəhərlərarası nəqliyyatda süni qiymət artımının qarşısının alınması üçün artıq komissiya da yaradılıb. Bundan əlavə lazım gələrsə, xəttə əlavə avtobuslar da buraxılacaq. Amma hər halda vaxtında bilet almaq sizi sığortalamış olar.

Ramazan bayramı ilə əlaqədar 4 qeyri-iş gününün olması bir çox insanları istirahət haqqında düşündürür.

Paytaxt sakinləri adətən bu günlərdə istirahət etmək və yaxınlarına qonaq getmək üçün bölgələrə üz tutur. Bu da avtobus və dəmiryol nəqliyyatında istifadə edənlərin sayını artırır. Aidiyyatı qurumlar bu sıxlığı düşünüb indidən gücləndirilmiş rejimdə işləməyə başlayıblar.

Bakı avtovağzalı adi günlərdən fərqli olaraq bayram günlərində xəttə buraxdığı avtobusların sayını artıracaq. Nəzərə alsaq ki, adi günlərdə 9-10 min sərnişin yola salınır, bayram gunlərində bu rəqəm 15 mindən çox olur.

Bakı avtovağzalının növbə rəisi Məhəmməd Abdullayevin sözlərinə görə, bayram ərəfəsində, yəni bu ayın 16, 17 və 18-si daxil olmaqla paytaxtdan bölgələrə nəqliyyat vasitələrinin sayı bir qədər də artırlacaq. Xəttə əlavə olaraq 200 ədəd avtobus buraxılacaq.

Bayram ərəfəsində bilet qiymətinin suni artımının qarşısını almaq üçün 8 nəfərdən ibarət nəzarət qrupu yaradılıb. Sahibkarlardan standart qiymətlə razılaşmayanlar olarsa, onların avtobusları xəttə buraxılmayacaq.

Bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq qurumlardan biri də “Azərbaycan Dəmir Yolları” QSC-dir. Artıq sıxlıqla əlaqədar xəttə buraxılacaq əlavə vaqonlar texniki baxışdan keçirilib, kondisioner sistemi yoxlanılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirdi ki, ölkə ərasizində hər bir istiqamətə əlavə vaqonlar qoşulacaq. Həmişə olduğu kimi ən çox sıxlıq qərb zonasına olacaq. Bu sıxlığı nəzərə alaraq həmin istiqamətdə vaqonaların sayı artırılacaq. Ümumilikdə isə 20 vaqon hazırlanır.

Gücləndirilmiş rejim bayram günləri bitənə qədər davam edəcək.


Xəbəri paylaş

6148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___