Yaşlı qadının 68 manatına göz dikdi - Bakıda biabırçı cinayət
Tarix: 18-07-2018 | Saat: 13:22
Bölmə:Karusel / Hadisə | çapa göndər
Paytaxtın Nizami rayonunda ahıl yaşlı qadına qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, bu barədə zərərçəkən DİN-in"102" Zəng Mərkəzinə məlumat verib. Zərərçəkən izahatında R.Rüstəmov küçəsində naməlum şəxsin ona qarşı zor tətbiq etdiyini və əlindəki içərisində 68 manat və bir ədəd mobil telefonu olan çantasını götürərək hadisə yerindən qaçdığını bildirib.
Məlumat ərazi üzrə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə daxil olan kimi dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb.
Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Hacıyev Qabil Əleyman oğlu saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya 25-ci Polis Şöbəsinə müraciət edə bilərlər.
Milli.Az
Xəbəri paylaş
5998 dəfə oxunub.
Digər xəbərlər

2-02-2018, 14:54
İşə piyada gedən nazirimiz kimdir?
10-05-2016, 07:10
Leyla Əliyevadan duyğusal paylaşım – Video
7-05-2016, 17:08
Ermənilərin məkrli Azərbaycan planı –prezident İlham Əliyev düşmənin 1 saylı hədəfidir... - Faktlar
30-06-2017, 11:53
Bu gün Azərbaycanda Sevgililər Günüdür - Sevin, sevilin...
26-03-2016, 16:34
Bakıda məzarın üzərindən palma oğurlandı
17-02-2017, 12:07
Abşeronda göl daşdı: 6 nəfər təxliyə olundu
31-12-2015, 16:35
Bakıda 160 minə yaxın pirotexniki vasitə aşkarlandı
25-06-2017, 11:10
Formula 1 Azərbaycan Qran Prisinin qalibi kim olacaq? — Bu gün finaldır
24-04-2015, 00:58
Bir az da gulək VİDEO