Nazir: Son 15 ildə Azərbaycanda üç mindən çox...
Tarix: 13-07-2018 | Saat: 19:05
Bölmə:Karusel / Siyasət / İqtisadiyyat / M2 | çapa göndər
Bu barədə təhsil naziri Ceyhun Bayramov Balakən rayonunun Şərif kəndində inşa edilmiş yeni məktəb binasına baxış keçirən zaman jurnalistlərə müsahibəsində məlumat verib.
Nazir bildirib ki, bundan əlavə, dövlət investisiya proqramı çərçivəsində ölkə ərazisində şagird sayı daha yüksək olan məktəblərdə əsaslı təmir işləri də aparılır. Onların bir qismi yeni tədris ilinin başlanğıcınadək şagirdlərin istifadəsinə veriləcək. Digərlərinin tikintisi isə ilin sonunadək başa çatdırılacaq.
Jurnalistlərin “Təhsil haqqında” Qanuna ediləcək dəyişikliklərlə bağlı suallarını cavablandıran nazir Ceyhun Bayramov deyib: “Təhsil haqqında” Qanun 2009-cu ildə qəbul edilib. Həmin vaxtdan keçən 9 il ərzində bir sıra yeni istiqamətlər meydana çıxıb, normativ hüquqi aktlar qəbul edilib. 2013-cü ildə təhsilin inkişafı üzrə dövlət strategiyası qəbul olunub. Bütün bunlar mövcud qanuna bir sıra dəyişikliklərin olunmasını zəruri edirdi. Bu zərurətdən çıxış edərək Təhsil Nazirliyi tərəfindən təkliflər paketi hazırlanaraq hökumətə təqdim olunub. Cari ilin iyununda Milli Məclis tərəfindən dəyişikliklər paketi qəbul edilib və dövlətimizin başçısının müvafiq Fərmanı ilə Qanun qüvvəyə minib. Fərmanın icrası ilə bağlı müvafiq icra strukturlarına, Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə bir sıra tapşırıqlar verilib və hazırda bu istiqamətdə iş davam etdirilir”.
Xəbəri paylaş
6678 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-07-2018 | Saat: 19:05
Bölmə:Karusel / Siyasət / İqtisadiyyat / M2 | çapa göndər
Son 15 ildə Azərbaycanda 3 min 100-dən çox yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib. Bu göstərici ölkədə olan ümumi məktəblərin sayının 70 faizindən də çoxdur. Eyni zamanda, dövlətimizin başçısı tərəfindən 2018-ci il üçün təsdiq edilmiş dövlət investisiya proqramına uyğun olaraq, bu il ölkə ərazisində 137 modul tipli məktəbin quraşdırılması da nəzərdə tutulur. Belə məktəblər əsasən ucqar, şagirdlərin sayı az olan yaşayış məntəqələrində quraşdırılır. Bu prosesə ötən ildən başlanılıb və 2017-ci ildə ölkə ərazisində 106 belə məktəb quraşdırılıb.
Bu barədə təhsil naziri Ceyhun Bayramov Balakən rayonunun Şərif kəndində inşa edilmiş yeni məktəb binasına baxış keçirən zaman jurnalistlərə müsahibəsində məlumat verib.
Nazir bildirib ki, bundan əlavə, dövlət investisiya proqramı çərçivəsində ölkə ərazisində şagird sayı daha yüksək olan məktəblərdə əsaslı təmir işləri də aparılır. Onların bir qismi yeni tədris ilinin başlanğıcınadək şagirdlərin istifadəsinə veriləcək. Digərlərinin tikintisi isə ilin sonunadək başa çatdırılacaq.
Jurnalistlərin “Təhsil haqqında” Qanuna ediləcək dəyişikliklərlə bağlı suallarını cavablandıran nazir Ceyhun Bayramov deyib: “Təhsil haqqında” Qanun 2009-cu ildə qəbul edilib. Həmin vaxtdan keçən 9 il ərzində bir sıra yeni istiqamətlər meydana çıxıb, normativ hüquqi aktlar qəbul edilib. 2013-cü ildə təhsilin inkişafı üzrə dövlət strategiyası qəbul olunub. Bütün bunlar mövcud qanuna bir sıra dəyişikliklərin olunmasını zəruri edirdi. Bu zərurətdən çıxış edərək Təhsil Nazirliyi tərəfindən təkliflər paketi hazırlanaraq hökumətə təqdim olunub. Cari ilin iyununda Milli Məclis tərəfindən dəyişikliklər paketi qəbul edilib və dövlətimizin başçısının müvafiq Fərmanı ilə Qanun qüvvəyə minib. Fərmanın icrası ilə bağlı müvafiq icra strukturlarına, Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə bir sıra tapşırıqlar verilib və hazırda bu istiqamətdə iş davam etdirilir”.
Xəbəri paylaş
Digər xəbərlər
2-04-2017, 18:39
Aprel şəhidlərimizi tanıyaq – VİDEO
23-02-2016, 13:37
Şəkər xəstələrində xərçəng riski nə qədərdir? - HƏKİM RƏYİ
7-08-2015, 11:47
Nazir düşmənin gözü qabağında müşavirə keçirdi
1-07-2015, 21:24
Bakıda olan ərəb şahzadəsi pul paylayacaq (FOTO)
19-10-2016, 16:55
Səhiyyə Nazirliyindən dərman idxalçılarına XƏBƏRDARLIQ
10-10-2015, 00:27
Obama: Putin yeganə müttəfiqinə kömək edir
2-01-2019, 11:55
"Yola saldığımız il mənim üçün çox çətin oldu" - Vüsalə
27-11-2016, 09:37
Gədəbəydə avtobus aşdı: Ölən və yaralılar var
19-11-2017, 12:09
Sabah üçün HAVA PROQNOZU
16-05-2022, 10:34
"Avronun ucuzlaşması davam edəcək" - Deputat