İyulun 10-da keçirilmiş imtahanların nəticələri açıqlandı
Tarix: 11-07-2018 | Saat: 20:00
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 10-da keçirilmiş imtahanların nəticələrini elan edib. İmtahanların nəticələri 11 iyul saat 19:33-dən etibarən Mərkəzin internet saytında yerləşdirilib.
Adıçəkilən qurumdan daxil olan məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər (şagirdlər) DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
Abituriyentlər (şagirdlər) imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən:
– ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün qeydiyyatdan keçmiş 18116 abituriyentdən 3001 nəfər imtahana gəlməyib. İmtahanda iştirak edən 15103 abituriyentdən 12 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
– Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün qeydiyyatdan keçmiş 4437 abituriyentdən 721 nəfər imtahana gəlməyib. İmtahanda iştirak edən 3715 abituriyentdən 1 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
– Eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan IX sinif və XI sinif şagirdlərinin də nəticələri saytda yerləşdirilib.
Qeyd edək ki, imtahanların nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Şagirdlər Apelyasiya Komissiyasına 12 - 13 iyul tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Xəbəri paylaş
8538 dəfə oxunub.
Digər xəbərlər

27-10-2017, 10:02
"Xanımım məni qısqanır" - 60 yaşlı əməkdar artist
26-11-2015, 22:19
““Bu, İslam mədəniyyətinə qarşı terrordur” - Prezident
6-08-2017, 16:52
Əli Həsənov nəvəsinin törətdiyi qəzadan danışdı
23-07-2020, 18:24
Bakıda və Abşeronda 65 mağazadan oğurluq edən şəxs tutulub - FOTO
15-03-2021, 11:20
Səfirimizin qızı vəfat etdi
16-12-2022, 12:21
Şəmistan Yusifov mətbuata yalan danışıb? - VİDEO // FOTO
13-07-2021, 11:35
BŞİH Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədovun oğlunun avtomobil kolleksiyası - FOTOLAR
15-09-2021, 11:03
SOCAR yanacağın qiymətinin artırılmasının səbəbini AÇIQLADI
28-06-2022, 11:30
30 gün boyunca limonlu su içsəniz...
18-02-2017, 11:22
Prezidenti tanımadılar... - Münxendəki konfransda qəribə hadisə