Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
KAKAO QORXULU XƏSTƏLİYİN QARŞISINI ALIR
Tarix: 10-07-2015 | Saat: 19:16
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

KAKAO QORXULU XƏSTƏLİYİN QARŞISINI ALIR


Xeberaz.az - Amerika alimləri kakaonun yaşlı insanlar üçün faydalarını üzə çıxarıblar. Alimlər sübut ediblər ki, hər gün yatmazdan əvvəl bir fincan kakao içməklə alzeymer xəstəliyindən qorunmaq olar.

Xəstəlik adətən, 65 yaşdan yuxarı yaşlılarda qeyd olunsa da, onun erkən yaşlarda da rast gəlinməsi mümkündür. 2006-cı ilin statistikasına görə, dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 26,6 milyon olub, 2050-ci ildə isə bu sayın dörd dəfə artıq olacağı gözlənilir.

Xəstəlik insanda nitq, məntiq və yaddaş kimi əhəmiyyətli əqli göstəricilərin zamanla itməsi ilə nəticələnir. Bu səbəbdəndir ki, xəstə insanlar əqli zəiflik və gerilikdən və ya onun aşağı səviyyədə olmasından əziyyət çəkirlər, sadəcə onlar əqli gerilik olduğundan bunu hiss etməsələr də, ailə üzvləri bunu çəkilməz "əzab" kimi yaşayırlar.

Əmələgəlmə və inkişaf səbəbi kimi hipotiroez, toksiki maddələr, xüsusilə metal ilə zəhərlənmə, kəllə-beyin travmaları, beyin şişləri, neyronlar arası sinaptik əlaqələrin itməsinə ilə nəticələnən faydalı element çatışmazılığı, neyronların hər hansı səbəbdən kütləvi məhvi və ya itirilməsi və ən sonda genetika hesab olunur.

İlkin mərhələdə simptomlar:

1. Yaddaşsızlıq və zamanla daha da proqressivləşən yaxın keçmişi belə xatırlamamaq

2. Tanış əşyaları tanımamaq

3. Emosional pozğunluq, depressiya, narahatlıq, ümumi gərginlik

4. Dezorientasiya

5. Apatiya (ətraf mühitə qarşı anlaqsızlıq)

Son mərhələ:

1. Hallüsinasiyalar, fantastik ideyalar

2. Yaxın şəxsləri, hətta qohumları tanımazlıq

3. Hərəkət pozğunluğu

4. Öz hərəkət və fikirlərinə qarşı məsuliyyətsizlik

5. Bəzi hallarda qıcolmalar

Onların fikrincə, bunun üçün yalnız Lavado kakaosu çox faydalıdır. Bu kakao antioksidantların, polifenolların ən yaxşı mənbələrindən biridir. Tədqiqatçılar sübut ediblər ki, baş beyində toplanan zülalların sinir hüceyrələrini məhv etməsinin qarşısını məhz Lavado kakaosu alır. Tədqiqat zamanı başqa kakao növləri öyrənilsə də, ən səmərəli Lavado sayılıb.

Görünür, Lavadonun tərkibi neyrodegenerativ xəstəliklərin qarşısını almağa kömək edən polifenollar, antioksidantlar ilə başqa sortlara nisbətən daha zəngindir. /milli.az/


Xəbəri paylaş

6128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___