Rusiya DÇ ilə vidalaşdı
Tarix: 08-07-2018 | Saat: 08:39
Bölmə:Karusel / Dünya / İdman | çapa göndər
Rusiyadakı dünya çempionatında 1/4 final mərhələsinin son oyunu keçirilib.
Soçidəki "Fişt" stadionunda Rusiya və Xorvatiya yığmaları üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. 31-ci dəqiqədə rusiyalı Denis Çerışev uzaqdan zərbə ilə hesabı açıb. 39-cu dəqiqədə xorvatiyalı Andrey Kramariç bərabərlik qolunu vurub.
Uzatma dəqiqələrində də tərəflər hərəyə bir dəfə fərqləniblər. 101-ci dəqiqədə xorvatiyalı Domaqoy Vida komandasını önə çıxarıb. Lakin 115-ci dəqiqədə Rusiya yığmasının əslən braziliyalı müdafiəçisi Mario Fernandes oyunun taleyini penaltilərə daşıyıb.
Əsas vaxtın sonlarında əzələsini dartdığı halda oyuna davam edən xorvatiyalı qapıçı Daniel Subaşiç penaltilər seriyasında Fyodor Smolovun zərbəsini qaytarıb, Fernandesin zərbəsi isə qapıdan yan keçib. Rusiya yığmasının qapıçısı İqor Akinfeyev isə yalnız Mateo Kovaçiçin zərbəsini qaytara bilib.
Beləliklə, Xorvatiya yığması 1/8 finalda Danimarka ilə görüşdə olduğu kimi, bu dəfə də penaltilər seriyasında qələbə qazanaraq, 20 ildən sonra adını yarımfinala yazdırıb. Finala gedən yolda rəqib isə 28 ildən sonra yarımfinala çıxan İngiltərə olacaq.
Digər yarımfinal görüşü isə Fransa və Belçika arasında olacaq
Xəbəri paylaş
7588 dəfə oxunub.
Digər xəbərlər

27-10-2017, 10:01
Ərəblər bunu da etdi - Robota ilk dəfə vətəndaşlıq verildi-VİDEO
29-11-2019, 17:49
Əli Həsənovun şöbəsi ləğv edildi
24-05-2019, 17:54
“Diqlas”ın direktoruna ŞOK İTTİHAM: “500 min dollarımı oğurlayıb, özümü yandıracam” – VİDEO
27-10-2020, 13:47
Ermənistanın rəsmi açıqlanan itki sayı 1000-i keçdi - SİYAHI
23-11-2022, 12:18
Soyuqdəymə və qripdən necə qorunaq? - Ən sadə MƏSLƏHƏTLƏR
29-07-2015, 13:11
"İnter" məşqə çıxdı - Bilbaodan - FOTOLAR
5-07-2016, 18:27
Azərbaycan Ordusunun əsgəri şəhid oldu
30-05-2016, 15:28
ZAMİQ GƏNC HƏMKARINA DƏSTƏK OLDU – AUDİO
19-05-2016, 14:28
Ərəbistan Rusiyadan silah almağa hazırlaşır