Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda 90 ton narkotik aşkarlandı
Tarix: 10-07-2015 | Saat: 18:53
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Azərbaycanda 90 ton narkotik aşkarlandı



Azərbaycanda 90 ton narkotik aşkarlandı






Xeberaz.az Report-a istinadən xəbər verir ki, bunu iyulun 10-da keçirilən kollegiya iclasında geniş məruzə ilə çıxış edən nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib.

O qeyd edib ki, “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 43 cinayət açılıb, 5 764 yol-nəqliyyat qəzası və piyadaların vurulması ilə nəticələnən 77 hadisə aşkarlanıb, axtarışda olan 56 avtomobil saxlanılıb.

Ümumən, daxili işlər orqanları tərəfindən müxtəlif inzibati xətalara görə 1.168.906 protokol tərtib olunub, nəticədə 1.106.973 nəfər cərimələnib, 2.192 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 19.931 şəxsə isə xəbərdarlıq edilib.

1 106 973 nəfər cərimələnib.

Bu ilin 6 ayı ərzində Azərbaycanda 142 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

Xidməti fəaliyyətdə böyük önəm verilən məsələlərdən olan mütəşəkkil cinayətkarlığın qarşısının alınması sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 455 ağır və xüsusilə ağır cinayət törətmiş 142 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 68 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Qeyri-leqal dövriyyədən ümumi məbləği 16 min 519 manat, 55 min 100 ABŞ dolları və 225 min rubl olan 901 ədəd saxta əskinas, habelə istifadə müddəti ötmüş 2,6 tona yaxın tikinti materialı çıxarılıb.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotiklərlə əlaqədar 1807 cinayət, o cümlədən satışı ilə bağlı 478 fakt müəyyən edilib, 77 nəfərdən ibarət 22 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən ötən ilin 6 ayı ilə müqayisədə 16 faiz çox və ya 432 kiloqram narkotik vasitə çıxarılıb, həmçinin, xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 90,2 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.


Xəbəri paylaş

6038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___