Elmar Vəliyevi güllələyən şəxsə işgəncə verilib?
Tarix: 05-07-2018 | Saat: 11:08
Bölmə:Karusel / Gündəm / Maraqlı / M2 | çapa göndər
Daxili İşlər Nazirliyi Gəncə şəhərinin İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə silahlı hücum edən şəxsin işgəncəyə məruz qalması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.
Nazirliyin Mətbuat xidmətindən APA-ya bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirmir: "Kimlərsə sensasiya xətrinə başqa adama məxsus fotonu sosial şəbəkələrdə paylaşaraq həmin görüntülərin Gəncədə məlum cinayəti törədən şəxsə aid olduğunu iddia edir. Bir daha qeyd edirik ki, Gəncədə baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb, cinayəti törədən şəxs isti izlərlə tutularaq istintaqa təhvil verilib və hazırda istintaq altındadır. Ona hər hansı işgəncə verilməsi barədə iddialar əsassız və absurddur”.
Xatırladaq ki, iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında Yunis Səfərov adlı şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Cinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib.
ŞƏRH YAZ
Xəbəri paylaş
8308 dəfə oxunub.
Digər xəbərlər

23-12-2015, 17:35
İlham Əliyev idmançılara mənzil bağışladı
9-01-2017, 17:44
Azərbaycanın ən yarşıqlı kişisi Maldiv adalarında – FOTOLAR
25-03-2023, 11:28
Oruc tutarkən baş ağrılarından necə xilas olmalı?
1-03-2020, 11:36
Ədliyyə Nazirliyinin səlahiyyətləri artıb
19-07-2021, 00:11
Taliban və Əfqanıstan hökuməti razılığa gəldi
19-12-2018, 11:05
Bir sutkada yol qəzalarında 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb
7-05-2015, 14:04
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olanların ailə üzvülərinə ŞAD xəbər
26-03-2017, 04:06
Rafael Ağayev ata oldu - FOTO