Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hərbi qulluqçular Zəhra və nənəsinin məzarını ziyarət ediblər
Tarix: 04-07-2018 | Saat: 14:40
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər



Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Füzuli rayonunun Alxanlı kəndində olub.
 
Xeberaz.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiə naziri, general-polkovnik  Zakir  Həsənovun tapşırığına əsasən nazirliyin bir qrup hərbi qulluqçusu Füzuli rayonunun Alxanlı kəndində olaraq, bir il öncə erməni təxribatının qurbanı olan  yaş yarımlıq Zəhra və onun nənəsinin məzarını ziyarət ediblər. Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani baş vermiş faciəni xatırladaraq bildirib ki, erməni daşnakları zaman-zaman xalqımıza qarşı təcavüz edib, günahsız insanları hətta qocaları, qadınları, körpələri qətlə yetiriblər. Ötən əsrin əvvəllərində də belə olub, bu gün də ermənilər öz məkrli niyyətlərindən əl çəkmirlər. Xocalıda və digər rayonlarda ermənilərin dinc əhaliyə, xüsusilə günahsız uşaqlara divan tutması, onların işgəncələrlə qətlə yetirilməsinə olan etirazlar bir çox beynəlxalq təşkilatlar tərəfindən cavabsız qaldığına görə düşmən yenə də bu iyrənc niyyətlərini davam etdirir.
 
Məsum Zəhranın ölümü bütün xalqımız kimi Azərbaycan Ordusunun şəxsi heyətinin də  böyük hiddətinə səbəb olub və nənə ilə nəvənin intiqamı artıqlaması ilə düşməndən alınıb.
 
Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloij Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev Müdafiə Nazirliyi rəhbərliyi adından körpə şəhidlə nənəsinin vəfatı ilə əlaqədar bir daha onların ailəsinə baş sağlığı verərək səbir və dözüm arzulayıb. İdarə rəisi qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüz tezliklə bərpa ediləcək, qaçqınlarımız, köçkünlərimiz minillik dədə-baba torpaqlarına qayıdacaq və bütün şəhidlərimizin, eləcə də məsum Zəhranın ruhu şad olacaq.


Xəbəri paylaş

4748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___