Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda qadına bıçaqla hücum edib pulunu aldılar
Tarix: 04-07-2018 | Saat: 12:29
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər


Bakıda qadına bıçaqla hücum edib pulunu aldılar
Suraxanı rayonu Hövsan qəsəbəsində qadına hücum edərək onun pulunu ələ keçirən şəxslər saxlanılıb.
DİN-dən daxil olan xəbərə görə, Bakı şəhər sakini Leyla Kazımova metronun “Əhmədli” stansiyasının yaxınlığında müştəri kimi əyləşdiyi “Mersedes” markalı avtomobilin sürücüsündən onu Hövsan qəsəbəsinə aparmağı xahiş edib. Deyilən ünvana çatdıqda sürücü və maşında olan daha bir nəfər qadına bıçaqla hədə-qorxu gələrək 30 manat pulunu ələ keçiriblər.
Zərərçəkən şəxs bu barədə Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə məlumat verəndən sonra dərhal həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Araz Qurbanov və Ehtibar Həsrətov tutulublar.
Faktla  bağlı 30-cu Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.


Xəbəri paylaş

5978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___