Yeznəsini öldürmək istəyən şəxs: "Bacımın ailəsinin..." - MƏHKƏMƏ
Tarix: 02-07-2018 | Saat: 14:28
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Yeznəsini və onun atasını öldürməyə cəhddə təqsirləndirilən Tural Tarverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, hadisə ötən il Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib. Qəsəbə sakini Tural Tanverdiyev Ramana qəsəbəsində bacısıgilə gəlib.
T.Tarverdiyev həmin evdə yeznəsi Anar Rəsulov və onun atası Vaqif Rəsulova ov tüfəngi ilə atəş açıb. İttihama münasibət bildirilən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.
O bildirib ki, havaya atəş açsa da heç kimi öldürməyə cəhd etməyib: "Ora gedəndə heç kim yox idi. Onlar çölə çıxmadan mən atəş açmışam. Bunu etiraf edirəm. Mən istəsəydim onları öldürə bilərdim. Bunun üçün imkanım var idi. Bunu bacımın ailəsinin dağılmaması üçün etmişəm. Məqsədim yeznəni qorxutmaq idi".
Məhkəmə iyulun 9-da davam edəcək.
Qeyd edək ki, T.Tarverdiyev Cinayət Məcəlləsinin 29.120-cü (adam öldürməyə cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham edilir.
Xəbəri paylaş
7428 dəfə oxunub.
Digər xəbərlər

4-09-2017, 10:28
7-ci mərtəbədən yerə yıxılan körpə sağ qaldı - BAKIDA
16-03-2017, 17:40
Eldar Əzizov Bakıda nəhəng xonça hazırlatdırıb, kabab payladı - FOTOLENT
25-03-2016, 13:15
ABŞ-dan terror xəbərdarlığı – daha bir ölkə “qan gölü”nə çevrilə bilər
22-02-2018, 12:54
Magistraturaya qəbul imtahanı keçiriləcək
28-11-2019, 09:41
Vilayət Eyvazov Əkbərovu yeni vəzifəyə TƏYİN ETDİ
29-07-2017, 22:26
Müdafiə Nazirliyindən “Tofiq İbrahimov”la bağlı - Bəyanat
12-04-2017, 15:40
Azərbaycan Alpaqut federasiyasından önəmli bir addım
4-07-2015, 17:27
Nikotini bədəndən belə təmizləmək olar
17-07-2015, 14:33
Amerikalı porno aktrisa Putini şam yeməyinə dəvət edib
6-10-2016, 18:54
Dünyanın ən iri sinəli qadını - FOTOLAR