Bakıda bir gündə 20 nəfəri gün vurub - Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ
Tarix: 02-07-2018 | Saat: 12:46
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Havaların isti keçməsi ilə əlaqədar may ayından iyul ayınadək Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə günvurma diaqnozu ilə bağlı 49 nəfər ilə müraciət edib.
Xeberaz.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, ötən gün isə 20 müraciət qeydə alınıb.
Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət edən şəxslərin 21-nə ambulator yardım göstərilib, 28-nə isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib. Müraciət edənlərin hər birinə lazımi tibbi yardım göstərilib, müvafiq müalicə tətbiq edilib, evlərinə buraxılıb.
Müraciət edən 49 nəfərdən 32-si orta yaşlarında kişi , 4-ü azyaşlı, 9 qadındır. Aralarında ağır və həyati təhlükəsi olan olmayıb. Hospitalizə profilaktik məqsədlə tətbiq edilib.
Əsasən baş ağrısı və halsızlıq simptomları ilə özünü büruzə verən günvurma halları ilə müraciət edən vətəndaşların müraciətləri Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətində qeydiyyata alınır və nəzarətə götürülür. Vətəndaşlardan günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında acıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, kifayət qədər sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda vətəndaşın durumuna nəzarət məqsədi ilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur.
Xəbəri paylaş
6148 dəfə oxunub.
Digər xəbərlər

17-07-2015, 13:02
Sevda Kazımova bayram konserti edəcək.
11-04-2023, 14:17
Ayaqlarınızı bir-birinə aşıraraq oturmayın - CİDDİ PROBLEM YARANA BİLƏR
11-12-2017, 16:17
“Aşıq Şəmşir” Mədəniyyət ocağı ictimai birliyi ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir
20-12-2021, 08:19
Azərbaycanda göy üzündən köpük yağır - VİDEO
27-03-2021, 10:31
Paşinyan Putinlə görüşəcək - KİV
15-08-2021, 20:32
Bakıda körpəsini səkiyə atıb “patı” qəbul edən gənc qadın “çox nüfuzlu şəxsin” məşuqəsidir... - 5 dil bilir
18-03-2017, 10:12
Mehribanın sözlərinə prodüserdən cavab gəldi. - FOTO
27-10-2016, 13:20
Bakıda möcüzə kimi OLAY: Nəhs mənzilin bəxtli sakini
2-04-2021, 10:45
Bakıda mühafizəçiləri otağa salıb, ağacları qırdılar - Video
19-09-2023, 08:52
Xocavənddə yük avtomobili minaya düşdü - həlak olanlar var (ADLAR)