“O yerlərdə ət kəsimi və satışı yığışdırılacaq” – Agentlik rəhbəri
Tarix: 29-06-2018 | Saat: 14:58
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / Fotogalereya | çapa göndər
"Yaxın vaxtlarda Azərbaycan ərazisində standartlara cavab verməyən yerlərdə ət kəsimi və satışı tamamilə yığışdırılacaq".
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, heyvanın daşınma qaydaları düzgün həyata keçirilməsə, onun bədənində ifraz olunan xüsusi maddələr ətin yararsızlığına səbəb olur: “Küçə və meydanlarda heç bir ekspertiza olmadan kəsim icra olunursa, bu insanların sağlamlığı üçün təhlükə mənbəyidir. Hazırda məsələ ilə bağlı yerli icra orqanları və Daxili İşlər Nazirliyinin müvafiq şöbələri ilə danışıqlar aparılır. İki ay ərzində ölkə başçısına islahatlar paketini təqdim edəcəyik".
O, vurğulayıb ki, aqrokimyəvi vasitələrin ölkəyə gətirilməsi, qeydiyyata alınması ilə bağlı Nazirlər Kabineti mövcud qərarın üzərində dəyişikliklər həyata keçirir: "Bir neçə nazirlik bu işə nəzarət edəcək. Bunlar Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir".
Xəbəri paylaş
7278 dəfə oxunub.
Digər xəbərlər

27-12-2018, 14:13
Naxçıvanda ər arvadını öldürdü
2-02-2018, 15:01
Bu ərazidə sürüşmələr davam edir - XƏBƏRDARLIQ
28-12-2023, 11:17
Güclü küləklə bağlı daha bir Xəbərdarlıq
26-08-2021, 15:30
“15 yaşında ailə qurmuşdum” - Nəfəs uğursuz evliliyindən danışdı - VİDEO
12-01-2016, 00:13
İlham Əliyev: Manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi
16-09-2023, 14:02
Bakıda şimşək çaxacaq, leysan yağacaq - Sabahın HAVASI
6-05-2022, 13:32
Maaş artsa da, “şirinlik” qalacaq? - Deputat özəl sektorun həkimlərinə diqqət çəkdi
21-11-2016, 11:57
Azərbaycanda mal ətinin qiyməti niyə qalxıb?