TRT Azərbaycanın azad edilmiş torpağında - Foto
Tarix: 27-06-2018 | Saat: 16:22
Bölmə:Karusel / Gündəm / Maraqlı / Foto-fakt | çapa göndər
Jurnalistlərə 1992-ci ildə Ermənistan silahlı birləşmələrinin işğal etdiyi Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin 26 ildən sonra ordumuz tərəfindən azad edilməsi barədə məlumat verilib. Bildirilib ki, 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma torpaqlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində, ümumilikdə, 11 min hektara yaxın ərazi düşməndən azad edilib. Bu ərazinin 8 min hektardan çoxu əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.
Qeyd edilib ki, ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalıb. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Şərur rayonundakı Mahmudkəndə köçməyə məcbur qalıb.
Xəbəri paylaş
5778 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 27-06-2018 | Saat: 16:22
Bölmə:Karusel / Gündəm / Maraqlı / Foto-fakt | çapa göndər
Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - “TRT Vorld” Naxçıvan Muxtar Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərindən geniş reportaj hazırlayır.
"Xəbəraz.az " xəbər verir ki, bununla əlaqədar “TRT Vorld” kanalının jurnalistləri həmin ərazilərdə çəkilişlər aparırlar.Jurnalistlərə 1992-ci ildə Ermənistan silahlı birləşmələrinin işğal etdiyi Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin 26 ildən sonra ordumuz tərəfindən azad edilməsi barədə məlumat verilib. Bildirilib ki, 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma torpaqlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində, ümumilikdə, 11 min hektara yaxın ərazi düşməndən azad edilib. Bu ərazinin 8 min hektardan çoxu əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.
Qeyd edilib ki, ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalıb. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Şərur rayonundakı Mahmudkəndə köçməyə məcbur qalıb.
Xəbəri paylaş
Digər xəbərlər
13-04-2017, 16:13
Kamil Zeynallı bahalı avtomobil nömrəsi aldı – FOTO
19-05-2018, 19:28
Sabah 33139 abituriyenti imtahan verəcək
14-06-2015, 22:03
"Çıraqov Ermənistan Respublikasına qarşı" və "Sarkisyan Azərbaycan Respublikasına qarşı" işləri üzrə hökm veriləcək
26-09-2015, 18:20
Məkkə faciəsinə səbəb olan kortej - Video
2-05-2020, 13:15
Nazirlik cəbhədəki son vəziyyəti AÇIQLADI
18-02-2017, 10:55
Qərargah: "Tapılan meyidin itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir"
22-12-2015, 15:38
Mağazalarda qiyməti bahalaşmayan ərzaq qalmadı (QİYMƏT CƏDVƏLİ)
4-11-2015, 15:27
Zaqatalada Heydər Əliyev Mərkəzi açılıb - YENİLƏNİB
18-10-2017, 13:33
Yağış yağacaq - Sabahın HAVAsı
17-09-2018, 13:26
Əliyar Ağayev Avroliqanın qrup oyununa təyinat aldı