Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cəbhədə yaralanmış erməni hərbçilər ağır vəziyyətdədir - FOTOLAR
Tarix: 21-03-2015 | Saat: 20:20
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Cəbhədə yaralanmış erməni hərbçilər ağır vəziyyətdədir - FOTOLAR
Martın 19-da baş vermiş döyüşdə ermənilərin 20-dək hərbi qulluqçusu məhv edilib.

Martın 19-da cəbhənin Goranboy rayonu istiqamətindəki toqquşma nəticəsində yaralanmış erməni əsgərlərdən 2-sinin vəziyyəti ağır olaraq qalır.

[b]Xeberaz.az[/b] Modern.az-a istinadən xəbər verir ki, yaralı hərbçilərdən bir neçəsi Xankəndindəki hərbi hospitalda müalicə olunur, ağır vəziyyətdə olan bir zabit və bir əsgər isə Yerevana aparılıb. Bunlar leytenant Sərkis Qabrelyan və əsgər Edqar Matirosyandır.

Bu arada Dağlıq Qarabağdakı separatçı rejimin “rəhbəri” Bako Saakyan Xankəndində müalicə olunan yaralı əsgərlərə baş çəkrərək, onlara ürək-dirək verməyə çalışıb. Bundan başqa, o, ölən erməni əsgərlərin valideynlərinin sakitləşməsi üçün onları “medal”la təltif edib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 19-da baş vermiş döyüşdə ermənilərin 20-dək hərbi qulluqçusu məhv edilib və yaralanıb.
Ermənistan tərəfi isə 3 əsgərin öldüyünü, 4-nün yaralandığını etiraf edib.



Xəbəri paylaş

7678 dəfə oxunub.

Digər xəbərlər
6-04-2016, 13:18 Masallıda ZƏLZƏLƏ

bütün xəbərlər
____ Instagram ___