Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda yeni qadağa: polis və icra proses başlatdı
Tarix: 25-06-2018 | Saat: 15:37
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər




İcra hakimiyyəti Nərimanov rayonu ərazisində balkonlarda paltarların qurudulması üçün çəkilən zivələrin yığışdırılması prosesini polislə birgə həyata keçirir. Hələ indiyə qədər bu prosesə etiraz edən olmayıb.
Bu sözləri Axar.az-a Nərimanov rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdiri Hüseyn Cəfərov rayonun mərkəzi prospektlərində yerləşən binalardan zivələrin yığışdırılması ilə bağlı danışarkən deyib. O bildirib ki, bu addım təkcə mərkəzi prospektdə deyil, Nərimanov rayonunun bütün prospekt və küçələrində tətbiq edilib:
“Əvvəlcədən sakinlərə bu barədə məlumat verilib, xəbərdarlıq edilmişdi. Artıq bir həftəyə yaxındır ki, işlərə də start verilib, proses başlayıb və davam edir.
İcra hakimiyyətinin bu cür addımı dəfələrlə olub. Biz demək olar ki, mütəmadi olaraq bu məsələnin həlli üçün addım atırıq. Hansı evlərdə yenidən zivələr bərpa edilibsə, kimsə bu qadağadan məlumatı olmadan zivə çəkibsə, onların ləğvinə çalışırıq.
Biz bunun üçün vətəndaşa təzyiq etmirik. İzah edirik, bunun rayonumuzun estetik görünüşü üçün olduğunu bildiririk. Əgər paltar asmağın müxtəlif alternativ yolları varsa, nə üçün onlardan istifadə etməyək? İcranın başlatdığı bu prosesi əksər rayon sakinlərinin də ürəyincədir. Bu səbəbdən heç bir problem yaşamırıq”.
İcra başçısının başlatdığı yeniliklə bağlı açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, belə məqamlarda əhaliyə alternativ yollardan istifadə üçün yardım edilməlidir:
“Mən də tamamilə razıyam ki, paltarların zivədən asılması estetik baxımından gözəl görünmür. Paltarları qurutmaq üçün digər vasitələrdən istifadə edilməsi daha yaxşı olardı. Amma bununla bağlı hər hansı qadağa və ya məhdudiyyət tətbiq etməmişdən qabaq, əhalini fikirləşmək lazımdır.
Zivələrdən paltarların asılmasına qoyulan qadağa heç kimə problem yaratmamalıdır. Bunun üçün eyvanlarda qurulması üçün nəzərdə tutulan və daşına bilən zivələr ya hər kəsə paylanmalı, ya da satış qiyməti hər kəsin cibinə uyğun qiymətə salınmalıdır”.
Ə.Qəşəmoğlu vurğulayıb ki, Naxçıvanda bu problemin bütünlüklə həll edildiyini nəzərə alsaq, paytaxt Bakıda da bunu etmək mümkündür.
Qeyd edək ki, bir qədər əvvəl Bakının Nərimanov rayon İcra Hakimiyyəti rayon sakinlərindən balkonlardan paltarların qurudulması üçün çəkdikləri zivələri yığışdırmağı tələb edib.


Xəbəri paylaş

7018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___