Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Azərbaycanda ailələr niyə dağılır? - Komitə səbəbləri açıqladı
Tarix: 22-06-2018, 19:03 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / Qadınlar / M2 / Gənclərimiz | çapa göndər





 
Bu ilin ilk dörd ayı ərzində qeydiyyat şöbələri tərəfindən 17 715 nikah və 4868 boşanma hallı qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,5, boşanmaların sayı isə 1,5 olub.
 
Təbii ki, ailə ənənəsi möhkəm olan Azərbaycan üçün açıqlanan bu rəqəm olduqca narahatvericidir. Bəs ailələri boşanmaya sürükləyən əsas amillər hansılardır? Boşanan cütlüklər bu addımı hansı səbəbdən atırlar və buna hansı psixoloji amillər səbəb olur?
Ailələrin dağılmasının qarşısını almaq üçün rəsmi formada hansı işlər həyata keçirilir?
Lent.az ildən ilə artan statistika ilə müşahidə edilən boşanmaların səbəblərinə aydınlıq gətirməyə çalışıb.
 
 
Artıq uzunömürlü ailələr də dağılır
 
 
Adıçəkilən məsələyə psixoloji aspektdən aydınlıq gətirən psixoloq Elnur Rüstəmov bildirdi ki, boşanmanın səbəbləri bir çox faktorlarla əlaqədardır: “Buna əsas kimi mobil rabitəni, tərəflərin böyümüş olduğu ailə mühitini, özlərinin psixoloji narahatçılığını və sairi götürmək olar. Bizdə bəzən psixoloji narahatlıqla psixiatrik narahatçılığı səhv salırlar. Obsessiv-kompulsiv pozuntular, fobiyalar, depressiya zaman keçdikcə ailə münasibətlərinin arzuolunan səviyyədə getməsinə mane olur”.
 
 
E. Rüstəmov ailələrin problemlərə qarşı dözümsüzlüyünün də boşanma səbəblərindən olduğunu deyir: “Ötən əsrin 90-cı illərindən bu tərəfə ailə quranlarda bu hal daha çoxdur. Həmin cütlüklər özləri də uşaq sayı az olan ailələrdə böyüyüblər. Bu isə uşaq eqosunun yüksək olmasına gətirib çıxarır. Bu zaman valideynlə uşaq arasında emosional bağın çox olması hər bir xırda konfliktə valideynin müdaxilə etməsi ilə nəticələnir”.
 
 
Psixoloq boşanma hallarının genefonda mənfi təsir etdiyini deyir: "Əgər indiyədək ailə qurub 5-6 ay, 1 ildən sonra boşanan cütlüklər vardısa, hazırda 10-20 ilin ailələri dağılır. Çünki dağılan ailələr artıq uzun ömürlü ailələrimizə belə mənfi təsir göstərir”.
 
 
 
İqtisadi problemlərin ailələrin dağılmasında hansısa bir rol oynaması ilə bağlı suala isə E. Rüstəmov cavab verib ki, bu, boşanmalar üçün əsas səbəb ola bilməz: “Ailə var ki, deyir ərim imkanlı olduqdan sonra bizim münasibətlər pozuldu. Yəni ailələrin dağılmasına səbəb maddi imkansızlıq deyil. Söhbət insan faktorundan gedir. Əgər münasibətlər yaxşıdırsa, tərəflər bir-birini yaxşı başa düşürsə və anlayırsa, heç bir problem olmaz. Yəni münasibət yaxşı olanda iqtisadi faktor arxa planda qalır. Bu, sadəcə boşanmaya geyindirilmiş bəsit bir əsasdır. “Bizim yaxşı ailələrimiz cəmiyyətə tanıdılmalı, ailə dəyərlərimiz qabardılmalıdır. Bununla bağlı verilişlər hazırlanmalı, filmlər çəkilməlidir və ictimai qınaq olmalıdır. Əks təqdirdə biz itirə-itirə gedirik”.  
 
 
Hökumətin konkret tədbirlər proqramı olmalıdır
Boşanmaların ildən-ilə artdığını deyən sosioloq Asif Bayramov isə bildirib ki, bunun yalnız sosial yox, həm də psixoloji kökləri var: "Cəmiyyətin intellektual baxımdan indikindən daha aşağı hesab etdiyimiz dövründə boşanmalar daha az idi. Amma boşanmaların sayı azalmaq əvəzinə artmaqda davam edir. Biz bunun mənəvi psixoloji və iqtisadi köklərini axtarmalıyıq. Əvvəla, bu, milli dəyərlərin yeni dəyərlərlə əvəzlənməsi deməkdir. Ailəni müqəddəs ocaq hesab edən ənənəvi baxış dəyişib. Artıq ailə bütövlükdə həyat problemləri arasında ikinci plana atılıb. Ailənin dağılmasına bilavasitə səbəb olan faktorların aradan götürülməsi üçün hökumətin konkret tədbirlər proqramı olmalıdır”.  
 
 
Boşanmaların sayı bağlanan nikahlara nəzərən 20-23 faizdir
 
 
Məsələyə münasibət bildirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, Azərbaycan konstitusiyasına, digər qanunvericilik aktlarına, Ailə Məcəlləsinə əsasən, vətəndaşların seçim hüququ var: “Ona əsasən vətəndaşlar həm nikah bağlaya, həm də boşana bilərlər. Digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da bununla bağlı azadlıq hüququ tam təmin edilib. Burada ailə institutunun möhkəmliyindən söhbət gedirsə, ölkəmizdə boşanmaların sayı ötən ilin 4 ayı ilə müqayisədə 200 fakt aşağı düşüb”.
 
 
E. Səfərov məlumat verir ki, Azərbaycanda boşanmaların sayı bağlanan nikahlara nəzərən 20-23 faizdir: “Bu göstərici Türkiyədə 28, Fransada 35, Almaniyada 37 faizdir. MDB məkanında boşanmaların sayına görə müqayisəli təhlil aparsaq görərik ki, ən yaxşı vəziyyət Azərbaycandadır. Bu müqayisəni əhalinin sayına görə müəyyən edirik. Hazırda Azərbaycanda rəsmi nikahda qeydiyyata alınmış 2 milyon 100 minə yaxın ailə var. Hər il 150-160 min doğum baş verir. Burada baş verən təxminən 40-50 min ölüm faktını çıxarsaq, hər il 90 min əhali artımı müşahidə olunur. Ailə institutunun saxlanması baxımından Azərbaycan digər dövlətlərdən yaxşı vəziyyətdədir. Komitə və hökumət tərəfindən ailənin möhkəmliyinin, bütövlüyünün qorunması məqsədi ilə ənənəvi olaraq, maarifləndirici tədbirlər aparılır. Son 30 il ərzində Azərbaycan əhalisi 2 milyondan artıq artıb. Və Azərbaycan ailələrinin də sayı faiz dərəcəsi ilə 20 faiz artıb”.
 
 
Qadınlar artıq zorakılığa dözmürlər
 
Şöbə müdiri boşanmalara səbəb olan əsas amillərə də aydınlıq gətirib: “Burada əsas səbəb məişət zorakılığıdır. Qadınlar artıq zorakılıq hallarına dözmürlər. Hazırda onlar öz həyatlarını iqtisadi baxımdan daha çox müstəqil şəkildə təmin edə bilirlər. Ona görə də öz ailələrini saxlaya bilirlər. Uşaqla boşanırlar və sonradan ailələrini təmin etməyə başlayırlar. Səbəblər arasında sonsuzluq problemi ikinci gəlir. Alkoqollu içkilərin, narkotik vasitələrin istifadəsi də boşanmaya səbəb olur. Həmçinin araşdırmalarımıza əsasən, xəyanət məsələləri də ailələrin dağılmasına səbəbdir. Ailədə baş verən xəyanət məsələləri ilə qadınlar da, kişilər də razılaşmır və boşanmaya müraciət edirlər. Boşanmaların 20-25 faizi isə nikahın adətən tanışlıqdan 3-4 ay sonra bağlanması ilə əlaqədardır. Bu zaman tərəflər bir-birini yaxşı tanımır. Hətta ailələr belə bir-birini yaxşı tanımır. Sosial şəbəkələrdə tanış olub tez bir zamanda evlənməyə qərar verirlər. Burada məsuliyyət məsələsi də var. Təəssüflər olsun ki, indi gənclər tərəfindən bağlanmış nikahlara qarşı məsuliyyət hissi o qədər də yoxdur”.
 


шаблоны для dle 11.2

6098 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___