Şamaxıda 3 qardaş əmilərini döyüb xəstəxanalıq etdi
Tarix: 19-06-2018 | Saat: 21:55
Bölmə:Karusel / Hadisə | çapa göndər
Şamaxı rayonunda qohumlar arasında baş verən dava zamanı bir nəfər ağır xəsarət alıb.
Apa tv-nin yerli bürosunun xəbərinə görə, rayonun Bağırlı kənd sakini, 1975-ci il təvəllüdlü Bəhərçin Əliməmməd oğlu Almirzəyev baş və bədəninin müxtəlif nahiyələrinin çapılmış-əzilmiş yarası diaqnozu ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Bəhərçin Almirzəyev qardaşı oğlanları Adəm, Qorxmaz və Elşən Almirzəyev tərəfindən ağac və yumruqla döyüldüyünü bildirib. Hazırda onun vəziyyəti orta-ağır olaraq qalır.
Qohumlar arasında münaqişənin söyüşə görə baş verdiyi bildirilir. Bəhərçin Almirzəyev qeyd edib ki, qardaşı oğlanları əvvəlcə küçədə onun oğlunun qarşısını kəsərək onu nalayiq sözlərlə təhqir ediblər. Əmi qardaşı oğlanlarına tərbiyəli olmağı tövsiyə etdiyi zaman isə qəflətən onların hücumuna məruz qalaraq ağır xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
8848 dəfə oxunub.
Digər xəbərlər

25-12-2018, 15:10
Bu gündən hərbi çağırışçılara SMS gələcək
10-12-2021, 10:50
Azərbaycanlı repçi anasına 600 minlik "Rolls-Royce" hədiyyə etdi - VİDEO
5-03-2017, 16:26
9-cu siniflər imtahan verdilər - YENİLƏNİB
22-07-2017, 23:10
Xalq artistinə AĞIR İTKİ
13-02-2016, 00:50
Neftİn qiyməti yüksəldi
7-05-2022, 10:07
Zelenskinin xaki rəngli gödəkçəsi 90 min funta satıldı - FOTO
11-04-2015, 00:30
Astroloji proqnoz - 11 aprel