Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cabir Novruzun sonbeşiyi vəfat etdi
Tarix: 11-06-2018 | Saat: 01:41
Bölmə:Karusel / Gündəm | çapa göndər



Azərbaycanın mərhum Xalq şairi Cabir Novruzun oğlu Müşfiq Cabiroğlu vəfat edib.
Xalq şairinin sonbeşik övladı bu gün 54 yaşında dünyasını dəyişib.

"Cabir Novruzun böyük oğu Mirzə 2007-ci ildə avtoqəzada, ortancıl övladı Vüqar 2014-cü ildə qəflətən infarkt keçirərək vəfat etmişdi. Cabir Novruzla qonşu idik. Sonra da həmin mənzildə Müşviq qalırdı. Rəhmətlik çox gülərüz, mehriban və səmimi insan idi. Son vaxtlarda çox fikirli idi. Son bir ildə onu heç vaxt gülən görməmişdim. Ortancıq qardaşının qəfil vəfatından sonra özünü toparlaya bilməmişdi. Müşviq həm də xalq artisti Əlabbas Qədirovun kürəkəni idi. Yaşasaydı, oktyabr ayının 3-də 54 yaşı olacaqdı" ,- hüquq müdafiəçisi Sahib Məmmədov "Facebook" səhifəsində yazıb.

Qeyd edək ki, Müşfiq Cabiroğlu 3 oktyabr 1964-cü ildə Bakı şəhərində anadan olub. 1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1999-cu ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Allah rəhmət eləsin!



Xəbəri paylaş

1 2538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___