Natiq Əliyevin vəfatından bir il ötür
Tarix: 08-06-2018 | Saat: 20:16
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu gün Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin vəfatından bir il ötür.
Energetika Nazirliyindən verilən məlumata görə, bu münasibətlə Azərbaycan prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov, energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, “Azərişıq” ASC-nin sədri Baba Rzayev, “Azəristiliktəchizat “ASC-nin sədri Yaşar Həsənov və digər şəxslər II Fəxri xiyabanda mərhumun məzarı önünə əklil və güllər qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.
Anım tədbirində tanınmış ictimai-siyasi xadim, mərhum energetika naziri, “Şöhrət” ordenli, əməkdar mühəndis Natiq Əliyevin ölkəmizin neft-qaz sənayesindəki fəaliyyəti, müstəqil Azərbaycanın enerji tarixindəki xidmətlərindən bəhs edilib. Bildirilib ki, müstəqillik illərində həyata keçirilən irimiqyaslı enerji layihələrinin hər birində Natiq Əliyevin mühüm rolu olub. 1994-cü ildə transmilli şirkətlərlə imzalanmış "Əsrin müqaviləsi" ilə başlanan yeni neft strategiyasının, ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına yönəlmiş dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanıb həyata keçirilməsində, neft-qaz sazişlərinin imzalanmasında, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi qlobal layihələrin reallığa çevrilməsində Natiq Əliyevin xidmətləri yüksək qiymətləndirilib. Onun "Cənub Qaz Dəhlizi" üzrə əməkdaşlıq münasibətlərinin qurulması və layihənin yerinə yetirilməsi işinə töhfələri qeyd edilib.
Tədqiqatçı-alim və beynəlxalq enerji siyasəti sahəsində mütəxəssis kimi fəaliyyətinə dair fikirlər söylənilib. Bildirilib ki, bacarıqlı təşkilatçı və təvazökar insan Natiq Əliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Xəbəri paylaş
8768 dəfə oxunub.
Digər xəbərlər

18-08-2016, 21:24
Rövşən Lənkəranskinin xəstəxanadakı — Son fotosu
20-04-2016, 17:06
AMEA-nın institutlarına direktor seçkiləri keçiriləcək
5-07-2022, 11:24
Cavanşir Məmmədov qalmaqallı geyimindən danışdı: Qiyməti 350 avrodur
26-06-2022, 12:22
Həftədə 1 dəfə 24 saat... Sağlam və cavan olmaq istəyənlər oxusun!
29-07-2016, 15:53
Ayranın bilinməyən faydaları: Cinsi gücü...
1-05-2023, 10:55
Seldən ziyan görən fermərlərin NƏZƏRİNƏ
12-11-2020, 15:27
Azərbaycanda ümumilikdə 70216 nəfər COVID-19-a yoluxdu
31-10-2018, 11:08
Bakıda klinika rəhbərinə qarşı dələduzluq edildi
21-01-2018, 15:21
Müdafiə Nazirliyi: Bədbəxt hadisə nəticəsində hərbi qulluqçu həlak olub
2-02-2017, 17:53
Bakıda sərnişin avtobusları TOQQUŞDU - Yaralılar var