Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Azpetrol”u almış məşhur oliqarxın ölümü TƏSDİQLƏNDİ
Tarix: 08-06-2018 | Saat: 14:25
Bölmə:Karusel / Hadisə | çapa göndər


Türkiyədə “Demirören Holding”in qurucusu və direktorlar şurasının rəhbəri Erdoğan Dəmirörən vəfat edib.
Erdoğan Demirörənin müalicə olunduğu “Florence Nightingale” xəstəxanası bundan əvvəl verdiyi açıqlamanı geri çəkərək, iş adamının öldüyünü təsdiqləyib.
Türkiyə KİV-lərinin xəbər verir ki, xəstəxananın tibb direktoru Özgür Şamildil mətbuat konfransı keçirərək “bütün səylərə baxmayaraq” reanimasiya həkimlərinin Demiröreni xilas edə bilmədiklərini, onun yerli vaxtla saat 11.53-də keçindiyini açıqlayıb.
79 yaşlı Erdoğan Demirörə Türkiyənin ən iri oliqarxlarından biri və mediamaqnatı idi. O. Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörənin atasıdır.


Virtualaz.org-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, hakimiyyətə yaxın iri iş adamı Dəmirörən uzun müddətdir ağır xəstəlikdən müalicə alırdı. Onun adı Türkiyənin gündəminə sonuncu müstəqil media şirkəti olan “Doğan Medya” qrupunun səhmlərini almaqla gündəmə gəlmişdi.
Erdoğan Dəmirörən 1938-ci ildə anadan olub, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörənin atasıdır. Onun başçılıq etdiyi holdinqdə sıxılmış qaz (LPG) biznesi ilə məşğul olan çoxsaylı şirkətlər, habelə Türkiyənin “Milliyet”, “Vatan” kimi iri qəzetləri, o cümlədən “Doğan Medya” qrupunun səhmlərinin alınması nəticəsində bu qrupun çoxsaylı KİV-ləri-“Hürriyet”, “Posta”, CNN Türk, Kanal D və digərləri birləşib. Habelə “Demirören Holding” otelçilik, inşaat və biznesin bir çox digər sahələrində də fəaliyyət göstərir.
ürkiyə mediası Erdoğan Demirörənin Azərbaycanda da yatırımları olduğunu, onun “Azpetrol” şirkətini və Azərbaycanın ən iri metallurgiya zavodlarından olan “Azərelektroterm”i aldığını yazır.(Görünür söhbət “Azpetrol”un səhmlərinin vaxtilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşına məxsus olmuş hissəsindən gedir-red.)

Erdoğan Demirörən çoxsaylı qəzet və televiziyaların sahibi olduğu üçün ona Türkiyənin “Rupert Merdoku” (amerikalı mediamaqnat) da deyirdilər.


Xəbəri paylaş

9458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___