Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ürək yarasına DƏRMAN TAPILDI - Sevgi asılılığından qurtulmaq üçün...
Tarix: 06-06-2018 | Saat: 09:40
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Ürək yarasına DƏRMAN TAPILDI - Sevgi asılılığından qurtulmaq üçün...
Heç cürə yemək yeyə bilmirsiniz, yata bilmirsiniz və tək düşünə bildiyiniz şey bir az sonra qəbul edəcəyiniz dozadır? Şiddətli sevgi asılılığınız ola bilərmi?
Qüvvətli sevgi hisləri çox zaman özü ilə birgə coşğu, arzulamaq, bağlılıq, vaz keçmək və təkrarlamaq kimi prosesləri gətirir. Elm adamları tərəfindən əldə edilən beyin görüntüləri bu durumun beynin mərkəzində yaşanan narkotik bağlılığı vərdişi ilə bənzərliyi ola biləcəyini ortaya qoyub.
Ancaq sevginin insanlarda bağlılıq duyğusu oyatması ilə bağlı bəzi mübahisələr mövcuddur. Oksford Universiteti Nevrotik Mərkəzindən Brayn Örp deyir ki, insanlar gerçək bağlılıq teoriyası üzərində razılığa gələ bilmədikləri üçün işlər qarışıq hal alır. Xüsusilə, “eşq” termininin mənası mövzusunda fikir ayrılığı yaşanır.

Yenə eyni universitetdən Andres Sandberq isə bildirir ki, insan aşiq olmaq istəmədiyinin fərqinə vardığında artıq vaz keçməyəcəyi bir nöqtədə olur və bu da eynilə digər bağlılıqlarda sərhədi aşarkən yaşanılan hislər kimi pis hadisələrə səbəb olur.
Örp və komandası 1956-2016-cı illər arasında yayımlanan eşq və bağlılıq mövzusunda 64 araşdrımanı incələyərək sevgi bağlılığının iki fərqli çeşidi olduğuna dair faktlara rast gəliblər.
Mükafat Mexanizmi
Araşdırmaçılar bir münasibətin içində olmadığında özünü narahat hiss edib dərhal keçmiş sevgilisinin yerini başqası ilə doldurmağa çalışan insanların komandanın adlandırdığı forma ilə desək, sevgi bağlılığının “dar” biçiminə sahib ola biləcəyini söyləyir.
Bu tip insanlar sevdikləri insanla yaxın olma arzusuna qarşı durmaq üçün mübarizə apararlar. Bütün zamanlarını onlarla keçirmək istəyərlər və obsessiv (aludəçilik) düşüncə və davranışlar sərgiləyərlər. Bəzi durumlarda bu vəziyyət insanı təqib edərək təcavüz və cinayətə yol aça bilir.
Bu növ asılılıqlar idarəetmədə pozuqluğu və sosial münasibətlərdə yaşanacaq sıxıntıları özü ilə birgə gətirir. Digər asılılıq növlərində olduğu kimi, bu davranış da beyində yaşanan və mükafat siqnallarını artıran qeyri-adi proseslər tərəfindən qığılcımlanar.

Professor Örp bildirir ki, narkotikdən istifadə beyindəki mükafat mexanizmini kəskin şəkildə işlədən dopamin hormonunun ifrazına yol açır. Bu da insanın digər məşğuliyyətləri germəkləşdirməsinə əngəl olur və təkrar-təkrar narkotik qəbul etməsini tələb edir. Bu sahədəki işlərinə dair apardıqları araşdırmlarada elm adamları bəzi sevgi münasibətlərinin mükafat mexanizmində bənzər bir təsir göstərdiyini və beləliklə, insanın eyni təcrübəni təkrar yaşamaq istəyində olduğunu aşkar ediblər.
Bundan başqa, komanda “geniş” adlandırdıqları fərqli bir sevgi asılılığı növünə dair faktlar da əldə ediblər. Bu asılılıq normal sevgi təcrübəsi ilə eyni sahəni bölüşən, ancaq daha qüvvətli (nəzarət olunacaq qədər) arzuları özü ilə birgə gətirən bir hiss kimi dəyərləndirilib.
Coşğu və depressiya
Bu kateqoriya narkotik asılılığını xatırladan, münasibətdəki kəskin coşğu və münasibətin anidən bitməsindən sonra hiss edilən ümidsizlik, üzüntü və depressiya kimi halların müşahidə edilməsini ehtiva edir. Bəzi araşdırmaçılar bu təcrübələrin uzun müddət insan üçün mənfi nəticələr doğurmadığını düşündüyü üçün bu durumu asılılıq adlandırmırlar.
Bununla birlikdə, Örpün komandası sevgi asılılığının hər iki çeşidinin də insanların həyatında zərərli təsirlərə yol aça biləcəyinə dair faktları ortaya qoyub. Sevgidən asılı olmaq, insanın özünə pis təsirləri olan bu münasibətdə batıb qalmasına, ya da hər hansı bir lideri kor-koranə izlənməsinə belə səbəb ola bilir.

Nyu Yorkda yerləşən Eynşteyn Tibb Fakültəsində işləyən nevroloq Lusi Braun sevgini bir bağlılıq kimi təqdim edənlərdən biridir. O və dostları romantik sevginin cütlüklər arasındakı bağları gücləndirən bir “həyatda qalmaq mexanizmi” olaraq milyonlarla il öncə təkamüldən keçən təbii bir asılılıq kimi qəbul edirlər.
Ancaq Braun sevgi asılılığını iki növə ayıraraq sinifləndirmək fikrinə doğru baxmır. Örpün araşdırmasının qəribə bir məqalə olduğunu düşünür.
Ürək yarasının dərmanı
Sevgi bəzən ağrı verir və arxasında dərin bir ürık ağrısı buraxır. Təbii ki, burada fiziki bir yaradan söhbət getmir. Lakin bu növ psixoloji yaralar da insan həyatına öz təsirini göstərir. Çox insanın qırılan qəlbi zamanla düzələ bilir, yarası sağalır. Ancaq bəzi durumlarda, Braunun bildirdiyi kimi, müalicə, hətta depressiyaya qarşı dərman vasitələri də lazım olur.
Hətta gələcəkdə sevgi asılılığından əziyyət çəkən insanlar üçün bir dərman vasitəsi də düzəldilə bilər. Teorik olaraq, dərmanların birinə qarşı hiss edilən asılılıq hissini aradan qaldırmaq potensialı vardır.
2013-cü ildə çöl siçanlarının hormonları manipulyasiya edilərək bir araşdırm aparılıb. Normalda bir əks cinslə münasibətdə olan və cütlər arasındakı bağları qüvvətli olan bu heyvanlara “vazopressin” adlı hormonları verilib. Komanda çöl siçanlarının bu hormına aid reseptorları bloka aldığında erkəklərin cütlərinə qarşı sədaqətinin azaldığını və digər dişilərlə daha çox zaman keçirməyə çalışdığını aşkar edib.
Bununla yanaşı, insan beynində daha öncə yaxın olduğumuz insanlarla aramızdakı bağlılığı azaltmağa yardımçı olan anti-sevgi şəbəkəsi olduğuna dair faktlar artıq məlumdur. Beynin bu hissələri ilə bağlantı qurmaq birini unutmaq mövzusunda yardımçı ola bilər. Lakin hazırda bunun necə edilməsinə dair hər hansı üsul yoxdur.
(publika)



Xəbəri paylaş

1 0448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___