Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türklər Məkkəyə metro çəkəcək
Tarix: 09-07-2015 | Saat: 19:52
Bölmə:Karusel / Dünya / M2 / Fotogalereya | çapa göndər

Türklər Məkkəyə metro çəkəcək
3 il ərzində müqəddəs şəhərə 9 stansiyadan ibarət metro xətləri çəkiləcək.
Türkiyə inşaat şirkəti Məkkəyə metro çəkəcək. ANS PRESS-in məlumatına görə, Türkiyənin "Kolin İnşaat" şirkəti Səudiyyə Ərəbistanında Məkkəyə metro çəkilməsi haqqında tenderi qazanan konsorsiumun (iki və daha çox şirkətin müvəqqəti olaraq həyata keçirdiyi iş) tərkibində yer alıb.

Məkkəyə çəkilən metro xətlərindən birinin uzunluğu 11,9 kilometrdir və 3 stansiyadan ibarət olacaq. İkincisinin uzunluğu isə 13 kilometr olacaq və 6 stansiyadan ibarət olacaq. Xətlərin inşasına gələn ildən başlanılacağı deyilir. Layihənin 2019-cu ilə qədər tamamlanacağı planlaşdırılır.


Məkkə şəhəri

Qeyd edək ki, konsorsium tenderi 2,3 milyard dollarlıq təkliflə qazanıb. Beləliklə, "Kolin İnşaat" İspaniyanın "İsolux Corsan" və Səudiyyə Ərəbistanın "Haif" şirkəti ilə müqəddəs şəhərə iki metro xətti çəkəcək. Malayziyanın "Prasarana Group" inşaat şirkəti isə 2,4 milyon dollar təklif edərək dizayn sahəsində tenderi qazanıb. Layihənin müqaviləsi qarşıdakı aylarda imzalanacaq.


Kəbənin uzaqdan görünüşü


Xəbəri paylaş

6878 dəfə oxunub.

Digər xəbərlər
21-05-2017, 18:06 Göyçaya dolu yağdı

bütün xəbərlər
____ Instagram ___