İnter"in prezidenti Georgi Nikolovun müsahibəsi
Tarix: 09-07-2015 | Saat: 19:36
Bölmə:Karusel / İdman / M2 / Müsahibə | çapa göndər
- Albaniya "Laçi"si ilə Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirəcəyiniz cavab görüşünə hazırlıqlar necə gedir?
- Hazırlıqlarımız normaldır. Klubdakı sıxıntılara rəğmən, futbolçularımız Albaniyada əzmkar mübarizə apararaq, 1:1 hesablı heç-heçəyə nail olublar. Bu nəticə cavab oyunu üçün əlverişlidir. Amma arxayınlaşmaq olmaz. İnanıram ki, ötən iki mövsümdə olduğu kimi, yenə ilk mərhələni uğurla dəf edəcək. Hazırda əsas məqsədimiz bu mərhələni adlamaqdır.
- Albaniyadakı oyuna getməməyiniz müəyyən söz-söhbətlərə yol açıb. Bunu "İnter"in baş sponsoru Azərbaycan Beynəlxalq Bankı ətrafındakı araşdırmalarla bağlı ölkədən çıxışınıza qadağa qoyulması ilə əlaqələndirənlər də var...
- Bunların hamısı boş söhbətlərdir. Bakıda klubun gələcək taleyi ilə bağlı məsələləri həll etmək üçün qalmışdım. Bu mərhələni keçsək, növbəti rəqiblə görüşə yollanacağam. O zaman ölkədən çıxışıma qadağa qoyulub-qoyulmadığını hər kəs görəcək.
- Yeri gəlmişkən, klubun taleyi ilə bağlı nə yeniliklər var?
- Hələlik qeyri-müəyyənlik davam edir. Sponsorlarımızdan cavab gözləyirik. Daxili imkanlar hesabına komanda saxlamaq qeyri-mümkündür. AFFA-dan deyiblər ki, növbəti müddətə "Azərbaycan Futbolunun İnkişafına dair" Dövlət Proqramı hazırlanır. Həmin proqramda klublara maddi yardım da nəzərdə tutulub.
- Maddi problemlərə baxmayaraq, transfer bazarında xeyli aktivsiniz. Bu qədər futbolçu "İnter"ə hansı şərtlərlə keçməyə razı olur?
- Onlar bizdən heç bir əmək haqqı istəməyiblər, sözümüzə etibar ediblər. Futbolçulara demişik ki, hazırda vəziyyət qeyri-müəyyəndir, amma düzələcəyinə ümidlər var. Hər biri ilə yarım illik müqavilə bağlamışıq. Onlar da bizim kimi klubun gələcəyinə inanırlar.
- Transfer çalışmalarını yekunlaşdırmısınız?
- Baş məşqçi Zaur Svanadze komplektləşmənin hələ yekunlaşmadığını bildirib. Müdafiəçi və hücumçuya ehtiyacımız var. Hazırda bununla bağlı işləri yekunlaşdırmaq üzrəyik. Növbəti mərhələyə keçsək, yeni oyunçularımızın da xidmətindən yararlanacağıq.
- Klubunuza 4 milyon 250 min manata satılan "İnter Arena"nın ödənişini tam həyata keçirmisiniz?
- Bəli. "İnter Arena"nın klubumuza məxsus olmasını təsdiqləyən bütün sənədlər əlimizdədir. Ödənişi isə ötən ilin payızında tam həyata keçirmişik. Stadionun pulu AFFA-ya qəpiyinədək ödənilib.
Xəbəri paylaş
6348 dəfə oxunub.
Digər xəbərlər

5-06-2016, 17:37
Nəhəng akula 60 yaşlı qadını yedi
10-07-2015, 17:48
“Torqovı” dünyanın ən bahalı küçələri siyahısında
13-03-2023, 10:06
Tovuzda 20 yaşlı qız hoteldə ölü tapıldı
19-08-2022, 12:32
"Müsəlman olaraq böyüməyimə icazə vermədilər" - Bella
5-06-2016, 20:55
Rus gəmisi qırıcı ilə İstanbuldan keçdi
27-03-2016, 19:02
Bakir olmayan cəmiyyətdə bakirə qadın axtarmaq...
5-04-2018, 14:30
Sabahın havası
3-03-2016, 16:51
İlham Əliyev Dmitri Roqozin ilə görüşdü – YENİLƏNİB
20-04-2016, 14:59
Nikahdan əvvəl 74 nəfərdə QİÇS tapılıb
10-06-2015, 16:59
Elgiz şok açıqlama: "Onun qardaşını yatdığı yerdə öldürüblər"