Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sürücülük vəsiqələri dəyişdirilir - YENİLİKLƏR
Tarix: 31-05-2018 | Saat: 15:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sürücülük vəsiqələri dəyişdirilir - YENİLİKLƏR
Milli Məclisdə “Yol hərəkəti haqqında” qanuna bir sıra dəyişiklik edilib.
Qanun layihəsinə barədə millət vəkili Əli Hüseynli məlumat verib.
Onun sözlərinə görə, bu dəyişiklik qanuna velosiped və digər vasitələrdən istifadənin qanunla tənzimlənməsinə imkan verir: “Bu həm də vətəndaşlara əldə etdikləri sürücülük vəsiqəsini dünyanın bir sıra ölkələrində istifadə etməsinə imkan verəcək”.
Qanunun 33-cü maddəsinə edilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrində istifadə yaşı müəyyən edilib.

Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:
1) velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;
2) asma mühərrikli velosipedi, mopedi və "A1" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 16 yaşdan;
3) "A", "B", "C" kateqoriyalarına, "B1" və "C1" altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -18 yaşdan;
4) "BE" kateqoriyasına və "C1E" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan (müvafiq olaraq "B" və ya "C" kateqoriyasına (o cümlədən "C1" altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə);
5) "CE" daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan ("C" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);
6) "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və "D1" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək, habelə "B", "C" və ya "C1" kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);
7) "D1E" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 25 yaşdan (65 yaşadək, habelə "D" kateqoriyasına və ya "D1" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə iki ildən az olmamaq şərtilə);
"DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək, habelə "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə).".
1.3.2. aşağıdakı məzmunda II-I hissə əlavə edilsin:
"II-I. Hərbi qulluqçular "CE", "D", "DE" kateqoriyalarına və "D1E" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu 19 yaşdan əldə edə bilərlər.
1.4.4.3-cü maddəyə 2-1, 3-1, 4-1, 6-1 və 7-1-ci bəndlər əlavə edilib.

"2-1) "B1" - bu Qanunun 1-ci maddəsinin 25-3-cü bəndində nəzərdə tutulmuş kvadrisiklləri idarə etmək üçün;
3-1) "C1" - "D" kateqoriyasına və "D1" altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, lakin 7.500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "C1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
4-1) "D1" - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "D1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
6-1) "C1E" - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan "C1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
7-1) "D1E" - sərnişin daşınması üçün nəzərdə tutulmayan qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan "D1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;";
1.4.5. VI hissə aşağıdakı redaksiyada verilsin:
"VI. Sürücülük vəsiqəsindəki məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində qeyd olunur.";
1.4.6. Aşağıdakı məzmunda IX hissə əlavə edilsin:
"IX. A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan avtomobilləri idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi müvafiq olaraq A1, B1, C1, D1, C1E və D1E alkateqoriyalarına daxil olan avtomobilləri idarə etmək hüququnu təsdiq edir.


Xəbəri paylaş

8578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___