Klublarımız avrokuboklara nə vaxt başlayır?
Tarix: 29-05-2018 | Saat: 14:17
Bölmə:Karusel / İdman | çapa göndər
Azərbaycan kubokunun dünən keçirilən “Keşlə”- “Qəbələ” matçından sonra ölkəmizi 2018/19 mövsümündə avrokuboklarda təmsil edəcək sonuncu – dördüncü klub da müəyyənləşdi. Bu, rəqibi üzərindəki 1:0 hesablı qələbədən sonra Yuri Maksimovun rəhbərlik etdiyi “Keşlə” komandası oldu.
Beləliklə, yeni mövsümdə Azərbaycanı Avropa kuboklarında “Qarabağ” (Çempionlar Liqasında), kubokun qalibi kimi “Keşlə”, vitse-çempion “Qəbələ” və bürünc mükafatçı “Neftçi” (hamısı Avropa Liqasında) təmsil edəcək. Bütün klublarımız mübarizəyə birinci mərhələdən başlayacaq.
Çempionlar Liqası
Azərbaycan çempionu “Qarabağ”ın rəqibi iyunun 19-da, UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında atılacaq püşkatmadan (birinci və ikinci mərhələ üçün) sonra bilinəcək. Çempionlar Liqasının formatında dəyişiklikdən sonra Azərbaycan çempionu “Qarabağ” əvvəlki illərdə olduğu kimi mübarizəyə ikinci deyil, birinci mərhələdən başlayacaq. Bu o deməkdir ki, Qurban Qurbanovun komandası qrupa düşmək üç deyil, dörd mərhələ adlamalıdır.
Çempionlar Liqasında birinci mərhələnin ilk oyunları 10/11 iyul, cavab matçları 17/18 iyulda keçiriləcək. Qrup matçları isə 18/19 sentyabrda start götürür.
Avropa Liqası
Avropa Liqasındakı təmsilçilərimizin adına isə iyunun 20-dəki püşkatma mərasimində (birinci və ikinci mərhələ üçün) aydınlıq gələcək. Bu yarışda birinci mərhələsinin oyunları iyulun 12-si, cavab görüşləri iyulun 19-u keçiriləcək.
Avroliqada qrup oyunları isə sentyabrın 20-də başlanacaq.
Xəbəri paylaş
1 3428 dəfə oxunub.
Digər xəbərlər

24-06-2022, 11:34
"Quru sərhədlərinin bağlı olması absurddur" - Natiq Cəfərli
8-11-2015, 15:38
Vasif Talıbov əsgəri yaşayış kompleksinin açılışını etdi
18-02-2017, 23:02
“Əxlaqsız qadın müğənnilərin hörməti daha çoxdur...”
27-02-2018, 19:57
İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alındı -
12-02-2016, 11:43
Bakıda namus üstündə bıçaqlanan əmi öldü
7-06-2017, 15:26
Nazdan Əlinin sevgilisinə: "Məni həzm edə bilmir" - VİDEO
14-07-2018, 12:53
Prezident İlham Əliyev pakistanlı həmkarına başsağlığı verdi
21-04-2018, 20:22
Əlləriniz titrəyir? – Səbəbləri və müalicəsi
2-09-2020, 22:17
"Lamborghini" ilə qarpız satdı - FOTO