Xəzərdə tapılan meyitlərlə bağlı təfərrüat - "Qayığa bağlıydılar"
Tarix: 25-05-2018 | Saat: 18:35
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəzərdə itkin düşən idmançıların ölümü ilə bağlı təfərrüatlar üzə çıxıb.
Meyitləri tapılan şəxslər 17 yaşlı Nüsrət Nəzərzadə və 15 yaşlı Aqil Təbirli aprelin 18-də dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanıblar. Ancaq bir daha geri qayıtmayıblar.
Xeberaz.az xəbər verir ki, ailələrinin verdiyi informasiyadan sonra itkin düşən idmançıların axtarışına başlanılıb.
Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi tərəfindən axtarışlar aparılıb. 23 apreldən isə FHN Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri də əməliyyatlara cəlb olunub.
Axtarışların aparıldığını dəfələrlə bəyan etsələr də nəticə verməyib. Ancaq Xəzərdə itkin düşən idmançıların cansız bədənləri rezin qayıqda "Neft Daşları" yaxınlığında taplıb. Əslində buna tapılmaq da yox, qayıq öz ayağı ilə gəlib deyilsə, daha yaxşı olar.
Yaxınlarından əldə etdiyimiz informasiyaya görə, onlar özlərini qayığa bağlayıblar ki, külək zamanı suya düşüb boğulmasınlar. Tapılanda da idmançıların meyiti qayığın içində olub. İlkin versiyaya görə idmançılar acından və susuzluqdan ölüblər.
Xəbəri paylaş
7188 dəfə oxunub.
Digər xəbərlər

17-09-2022, 11:12
Yastığınızın altına bu otları qoyun. İnanılmaz nəticə!
27-02-2017, 10:53
Qırmızı xalçanın ən cazibədar və yaraşıqlı ulduzları - "Oskar 2017"
28-08-2016, 14:43
Şakir Abbas Aygün Kazımovanı təbrik etdi: "Uğurlarınız mənim uğurumdu”.
26-03-2018, 16:31
Polisə müqavimət göstərən zərərsizləşdirildi - DİN
17-10-2017, 12:08
Bakıda şirkətin xanım rəhbəri özünü öldürdü
22-05-2018, 09:57
Bakıda kürəkən qayınanasını və arvadını öldürüb
3-09-2020, 11:59
Nazir Kazımovu rəis müavini TƏYİN ETDİ
10-04-2019, 13:40
AzTV Rəşad İlyasovla bağlı qərarını açıqladı
31-07-2018, 16:29
Çoxdan gözlənilən avtomobillər təqdim olundu
1-06-2018, 16:22
İlham Əliyev icra başçısını işdən çıxardı