Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Havanın temperaturu aşağı düşəcək - Proqnoz açıqlandı
Tarix: 25-05-2018 | Saat: 15:20
Bölmə:Karusel / Gündəm | çapa göndər


Havanın temperaturu aşağı düşəcək



Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-20, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində - şimal (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) səhər saatlarından başlayaraq şimal-qərb küləyinin güclənməsi əlverişsiz hava şəraitinə səbəb olacaq. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) səhər saatlarından başlayaraq şimal-qərb küləyinin güclənməsi əlverişsiz hava şəraitinə səbəb olacaq. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 14-19, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.


Xəbəri paylaş

6978 dəfə oxunub.

Digər xəbərlər
18-01-2016, 14:15 Merkelə ultimatum verildi

bütün xəbərlər
____ Instagram ___