DİN-dən keçmiş icra başçısının ölüm xəbəri ilə bağlı AÇIQLAMA
Tarix: 25-05-2018 | Saat: 10:17
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Daxili İşlər Nazirliyi narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan Saleh Rüstəmovun ölməsi barədə yayılan xəbərləri təkzib edib.
Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, yayılan xəbərlər tamamilə əsassızdır: “Bu xəbər tamamilə yalan və uydurmadır. Xəbər yayılandan sonra qardaşı və vəkili Saleh Rüstəmovla görüşüb. Özü bildirib ki, saxlanılma şəraiti ilə bağlı narahatlığı yoxdur, heç bir işgəncəyə məruz qalmayıb. Bir qrup şəxs bu cür əsassız xəbərləri yaymaqla ictimaiyyəti aldatmağa çalışır”.
Yayılan məlumatlara əsasən, S. Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. S. Rüstəmovun müvəqqəti saxlama təcridxanasında döyülərək öldürüldüyü barədə xəbərələr yayılıb.
Jurnalist Qənimət Zahid də özünün "facebook" səhifəsində bu barədə yazıb.
Qeyd edək ki, Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub. (apa)
Xəbəri paylaş
1 1348 dəfə oxunub.
Digər xəbərlər

30-01-2017, 19:28
Təcridxanaya telefonu belə keçirmək istədilər - Foto
4-02-2017, 01:56
“Atletiko”nun həbs olunan futbolçusu azadlığa çıxdı
18-09-2016, 17:01
Özünü partladacağını deyən şəxs yalan danışırmış - MOSKVADA
5-11-2020, 00:10
“Bundan sonra da haqqın müdafiəsində olacağıq” - Ərdoğan
15-08-2015, 00:04
“Qarabağ”ın Avropa Liqasında cavab oyununun vaxtı bəlli olub
16-10-2016, 00:26
İraqda böyük müharibə başladı - SON DƏQİQƏ
12-02-2017, 17:44
Bakıda şaxta olacaq, qar yağacaq - HƏFTƏNİN İLK İŞ GÜNÜ
25-02-2016, 14:15
İlhamə Quliyevanın oğlu jurnalistlərlə aqressiv davrandı - FOTO
16-11-2020, 18:13
Araikin şok yazışması: Bu şəhəri məhv edək…