Şəhid əsgərin ailəsinin qazpulu borcu silinə bilərmi?..
Tarix: 23-05-2018 | Saat: 21:58
Bölmə:Karusel / Gündəm | çapa göndər
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, şəhid olan hərbi qulluqçu əsgər Adil Tatarovun ailəsilə bağlı bəzi məlumatlar müzakirə olunmaqdadır. Sosial şəbəkələrdə paylaşılan məlumatlara görə, olduqca yoxsul şəraitdə yaşayan Tatarovların 1 il əvvəl borcu yarandığından evlərinin qaz təchizatı dayandırılıb.
Sosial şəbəkə istifadəçilərinin hiddətinə səbəb olan bu məqamla bağlı bildirilir ki, əsgər şəhid olan günün ertəsi icra nümayəndəliyindən təcili olaraq mənzilə gəlib, qaz xəttini birləşdirərək yanacağın verilişini bərpa ediblər.
Bəs canını Vətən yolunda qurban verən Şəhidin ailəsinin təbii qaza görə yaranmış borcu nə qədərdir və silinə bilərmi?
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a bildirib ki, hazırda Ağstafa rayon Qıraq Kəsəmən kənd sakini Əli Tatarovun mənzilində təbii qaz var:
““Ailə qazdan istifadə edir. Mənzildə qeyd edilən kimi,1 il əvvəl yaranmış borca görə qaz təchizatının dayandırılması halı baş verməyib”.
İ.Kərbalayev deyib ki, ailənin borcu olmadığı üçün silinməsi də müzakirə mövzusu deyil.
Xəbəri paylaş
1 3328 dəfə oxunub.
Digər xəbərlər

21-04-2015, 00:49
İŞİD 28 xristianların başın kəsir-FOTO
19-02-2018, 13:22
Fidan Hacıyeva Leyla Əliyevanın sözlərinə yeni mahnı oxudu
11-02-2016, 15:36
Tələbə və şagirdlərə təqaüdlər yeni qaydada veriləcək
26-10-2015, 16:35
Bakıda polisləri gülləbaran etdilər: 1 polis yaralandı
29-05-2016, 23:46
Bakıda zəncirvari yol qəzası: 7 maşın əzildi
19-01-2023, 11:56
Simitin faydaları: Cinsi gücü artırır, qanı duruldur...
12-01-2020, 01:02
Jurnalist Peyman Sadıqovun namizədliyi qeydə alındı