Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dilənçilər vergiyə cəlb oluna bilər
Tarix: 23-05-2018 | Saat: 15:24
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər



ARB TV-nin "Günə doğru" verilişində dilənçilər haqda süjet efirə gedib.
Livanda dilənçi olan Fatma Osman küçədə öldükdən sonra ölüm hadisəsinə görə şəxsiyyəti araşdırılıb. Şəxsin bank hesabında, 5,5 milyon dolların olduğu üzə çıxıb.

Vəziyyət belədir ki, indi hökümət istəyir ki, ölkədəki dilənçilərin şəxsiyyəti yoxlansın. Nə qədər pulları olduğunu öyrənsin və hətta vergiyə cəlb edilməsi məsələsini qanuniləşdirsin.

Belə baxanda bizim ölkəmizdə də dilənçilər var, o zaman bizdə də çoxlu pul qazanan dilənçilər vergiyə cəlb olunsun.

Tahir Əlirzayev (vəkil): "Dilənçilik elə bir fəaliyyətdir ki, bu fəaliyyət qanunla tənzimlənmir. Bunun adı avaralıq kimi səslənir. Avaralığa görə də qanunvericiliyimiz məsuliyyətə cəlb edir. 10 gün həbs cəzası". 

Amma həmin o dilənçiləri polislər dəfələrlə saxlasa da yenidən buraxır, onlar da yenə pul yığmaqla məşğuldur. Həm də bu ehtiyac meyarından da çoxdur. Qat-qat çoxdur. İnsanlardan bunu yığırlar, beləliklə, var-dövlət yığırlar. Adi adam işləyir vergi verir, dilənçilərin də fəaliyyətləri var, deməli, vergi də verməlidirlər.

Razi Abbasbəyli (iqtisadçı): "Daşınar, həm də daşınmaz əmlakla bağlı deklorasiyaların hazırlanması və bunların vergiyə cəlb edilməsi ilə bağlı ölkənin qanunvericilik bazası mövcuddur".

Dilənçilərdən vergi alınması məsələsində isə əsas odur ki, onların vətəndaşlığı müəyyən edilməlidir.

Razi Abbasbəyli (iqtisadçı): "Onların vətəndaşlığa alınması üçün qeydiyyat aparılmır. Müasir dövrün vergi sisteminə cəlb etmək alınmır".

Azərbaycanda da açıq-aşkar dilənçilərin şəxsiyyəti müəyənləşdirilsin, fəaliyyətlərinə hər hansısa mexanizmlə nəzarət edilsin, onlardan vergi alınsın. Onsuz da, dilənçilərin əksəriyyəti işləyən deyil, nəsilliklə dilənçiliyə adət edənlərdir.


Xəbəri paylaş

6638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___