XƏBƏRDARLIQ! Bəzi insanlar bu günlərdə ehtiyatlı olmalıdır
Tarix: 23-05-2018 | Saat: 15:19
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
İki gündür əsən külək toz qaldırır, ağacların çiçəklərini isə ətrafa yayır ki, bu ta bəzi insanlar üçün təhlükəlidir.
Xeberaz.az xəbər verir ki, son günlər allergik xəstəliklərlə bağlı həkimlərə müraciət edənlərin sayı artıb.
Yuxarı tənəffüs yollarında iltihabı olan insanlar, allergiya xəstəlikləri ilə mübarizə aparanlar bu günlərdə ehtiyatlı olmalıdırlar. Həkimlər deyir havaların küləkli keçməsi və nəticədə tozun yayılması həssas insanlarda ciddi narahatlığa səbəb olur.
Nahid Məhərrəmov - Terapevt: "Bronxlarda spazm yaranır, ondan rahatsız olur, nəfəs ala bilmir. Bəzən olur, insan deyir ki, mənə soyuq dəyib. Burnu axır. Amma bu, sırf həmin o toz dənəciklərinin insan orqanizminə etdiyi təsirdən ibarətdir. Allergiyanın verdiyi təsirdir".
Ekoloqların sözlərinə görə, yayılan ağ cisimlər çinarın tozanağıdır. Pambığa bənzər bu tozlar barıtla müqayisə olunur.
Telman Zeynalov - Ekoloq: "Ağ rəngdə pambığa oxşayır. Çinarın tumlarıdır bunlar. Başqa yerdə torpağa düşəndə orada çinar bitir. O pambıq barıt kimidir. Bir balaca ora alov düşəndə barıt kimi yanıb partlayırlar".
Ekoloqlar ağac tozlarının vaxtında təmizləməklə problemin önləməyin mümkün olduğunu deyirlər. Həkimlərsə tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlərin ağac tozlarından qorunmasını vacib sayırlar.
Nahid Məhərrəmov - Terapevt: "Yaxşı olardı ki, respiratorlardan istifadə etsinlər. Sadə dildə izah etsək, hava filtirdən keçəndə toz allergenlər insan orqanizminə təsir etmir. Sırf allergiya ilə, bronx spazmla müraciət edənlərin sayı artıb.
Bundan əlavə, qaşınması olanlar, nəfəsalmada çətinlik çəkən, bronxospazması olanlar tozlu yerlərdən uzaq durmalıdırlar.
Xəbəri paylaş
8578 dəfə oxunub.
Digər xəbərlər

13-04-2017, 20:59
Azərbaycanlı milyarder Putinə söz verdi - "Satmıram..."
11-03-2016, 11:52
Qadınlar ilə kişilər arasında alış-veriş fərqi - VİDEO
27-01-2017, 14:51
Sərxoş sürücü “Range Rover”lə DYP-nin maşınını əzdi
17-01-2016, 16:40
Ayaqqabı şəklində kilsə inşa edildi
17-01-2016, 13:15
Stilist Sərxan hansı məşhur ulduzla yeni ləyihə təqdim edəcək?– (FOTO)
7-07-2015, 22:28
İrlandiyalı jurnalist Qarabağdan yazdı
22-11-2022, 11:01
Bu tarixdə bütün müavinət və sosial yardımlar ödəniləcək
11-07-2015, 12:44
Xəstə aparan təcili yardım maşını aşdı - Mingəçevirdə
26-06-2016, 15:56
Kolumbiya ABŞ-a şans vermədi - Video