Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qız atasını ana etdi - FOTO
Tarix: 23-05-2018 | Saat: 14:59
Bölmə:Karusel / Hadisə / Dünya / Foto-fakt | çapa göndər


Qız atasını ana etdi - FOTO

ABŞ-ın İndiana ştatında yaşayan transgenderin dediyinə görə, 8 yaşlı qızının dəstəyi sayəsində cinsini dəyişərək kişidən qadına "çevrilib".

Xeberaz.az bildirir ki, 2010-cu ildə Maykl Doqertinin qızı Zavea doğulub.

"Zavea həyatımda ilk dəfə qadınla yaxın ünsiyyətim nəticəsində dünyaya gəlmişdi. Qızım doğulandan sonra onu anasından aldım və böyütməyə başladım. Zavea ilə çox əla münasibətlərimiz var. Çünki özümü həmişə atadan daha çox ana kimi hiss etmişəm", - cinsini dəyişəndən sonra Stefani olmuş Maykl deyib.

Maykl 2017-ci ilin sentyabrında qadın olmaq qərarına gəlib. O, qızı Zaveanı buna tədricən hazırlayıb. Onlar ilk əvvəl eyni rəngdə legginslər geyiniblər və dırnaqlarını yeni lakla boyayıblar. Daha sonra Doqerti qadın olmaq istəyini qızına deyib: "Zavea buna sevindi. Mənə artıq "ata" yox, "ana" deməyə başladı və dedi ki, artıq "iki qız" kimi yaşaya bilərik".

Həmin vaxtdan bəri Zavea bir zamanlar atası olmuş "anası" ilə daim məsləhətləşir.

"O, məni sevir və dəstəkləyir", - əvvəllər Maykl olmuş Stefani söyləyib.

S.Doqerti cinsiyyət dəyişikliyi başa vurmaq üçün bu yaxınlarda yeni cərrahiyyə əməliyyatlarına məruz qalacaq.

Hazırda çilingər işləyən Doqerti vizajist olmaq niyyətindədir.


Xəbəri paylaş

1 0858 dəfə oxunub.

Digər xəbərlər
30-05-2016, 21:39 Taliban lideri yaxalandı

bütün xəbərlər
____ Instagram ___