Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DÜŞMƏN QARDAŞLAR
Tarix: 09-07-2015 | Saat: 12:12
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

DÜŞMƏN QARDAŞLAR

Ağ Ev sözçüsü Coş Earnest İranla nüvə müzakirələri haqqında açıqlama verib.
Xeberaz.az bildirir ki, o, gündəlik mətbuat brifinqində İranla davam edən müzakirələrin nəticələrinə az qaldığını deyib:

“Hələ də tərəflər arasında ciddi fərqlər var. Bu isə sadəcə ABŞ hökumətinin deyil, 5 + 1 ölkələrinin də ümumi qənaətidir. Arada yaşanan problemlərə baxmayaraq danışıqların davam etməsinin əhəmiyyəti böyükdür”.

Earnest, “Danışıqların sonlanması üçün konkret tarix seçmək həm də İrana təzyiq etməyə kömək edə bilər. Bundan əvvəl qoyulan vaxtları geridə qoymağımıza baxmayaraq tərəflər arasında ortaq nəticəyə gələnə qədər müzakirələr aparmağın tərəfdarıyıq” deyib.

Ölkələr arasındakı son razılıq tarixi iyunun 30-u kimi qeyd edilib. Lakin heç bir nəticə əldə olunmadığı üçün yenidən iyulun 7-nə, daha sonra da iyulun 10-a qədər uzadıldı.

Müzakirələr BMT-nin daimi üzvləri ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniyadan ibarət olan 5 + 1 qrupu ilə İran arasında keçirilir.
ATV.az


Xəbəri paylaş

7258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___