“Google Chrome” və “Firefox” təhlükədədir - Yeni virus yayılır
Tarix: 16-05-2018 | Saat: 19:59
Bölmə:Karusel / M2 / Texnologiya | çapa göndər
“Proofpoint” şirkətinin tədqiqatçıları “Google Chrome” və “Firefox” brauzerlərinin istifadəçiləri üçün təhlükə yaradan “Vega Stealer” adlı yeni zərərli proqram təminatı aşkarlayıblar.
Təhlükəsizlik üzrə ekspertlərin sözlərinə görə, yeni virus vasitəsilə hakerlər hesab məlumatlarını, eləcə də ödəniş informasiyasını - saxlanılmış kredit kartları, sosial şəbəkə profilləri və brauzerlərdə saxlanılan “cookie” fayllarını oğurlayırlar.
Bundan başqa, zərərli proqram sistemi skrinşot edərək bütün genişləndirilmiş ".doc", ".docx", ".txt", ".rtf", ".xls", ".xlsx" və ".pdf" fayllarını skan edir.
Məlumata görə, hazırda virus biznes nümayəndələri (marketinq, reklam, ictimaiyyətlə əlaqələr, pərakəndə satış və istehsal) tərəfindən idarə olunan qurğuların yoluxdurulması üçün istifadə edilir.
Bununla yanaşı, hakerlər proqram təminatının yayılması üçün standart fişinq kampaniyasından istifadə edirlər. Onlar "İnternet mağazasına tərtibatçı tələb olunur" mövzusunda elektron məktublar, eləcə də ayrı-ayrı biznes nümayəndələrinə fərdi məlumatlar göndərirlər. Məktublarda zərərli makrosların "Vega Stealer" proqramını yüklədiyi "brief.doc" adlı əlavə olur.
Virusun adi üsulla göndərilməsinə baxmayaraq mütəxəssislər "Vega Stealer" virusunun ümumi təhlükəyə çevrilərək adi istifadəçilər arasında yayılacağından ehtiyat edirlər.
Xəbəri paylaş
8068 dəfə oxunub.
Digər xəbərlər

20-06-2016, 14:33
İrəvan əraziləri qaytarmağa hazırdır - Plan
30-07-2021, 21:05
Deputatın polisi döyməsi ilə bağlı cinayət işi AÇILDI
25-03-2017, 21:47
Azərbaycan-Almaniya matçına bütün biletlər satılıb
9-11-2017, 14:51
“Bayrağımız qürur mənbəyimizdir” adlı tədbir keçirildi – FOTOLAR
17-03-2015, 23:34
Qadınların sünnət mərasimindən iyrənc görüntülər (FOTO)
11-12-2017, 13:19
Öldükdən sonra "Facebook" hesabınız kimə qalacaq?
22-02-2019, 11:00
Leyla Şıxlinskayanın pulunu mənimsəməkdə təqsirləndirilən şəxslərə şərti cəza verilib
7-05-2022, 13:42
Şəhid atasına kəllə atan icra başçısı vəzifəsindən gedir - Mərdan Camalov da HƏBS oluna bilər...