"İstirahət mərkəzində fahişəliklə məşğul olmuşam" - MƏHKƏMƏ
Tarix: 16-05-2018 | Saat: 14:53
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
İnsan alverində təqsirləndirilən 41 yaşlı Aynur Məmmədovanın cinayət işi üzrə məhkəmə başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Məmmədovaya şərti cəza verilib.
İttiham aktına əsasən, A.Məmmədova 2016-2017-ci illər ərzində Azərbaycandan Türkiyəyə istirahətə yollanan Nərminə Qasımova, Adilə Zeynalova, onun bacısı Xatirə Zeynalova, Arzu Məmmədova və Gülnarə Qasımovanı (ad və soyadlar şərti) İğdır şəhərində yerləşən "Göy qurşağı” istirahət mərkəzində müxtəlif kişi müştəriləri ilə görüşdürərək fahişəliyə cəlb edib.
Törətdiyi cinayət əməlinə görə A.Məmmədovaya Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri) və 243-cü (fahişəliyə cəlb etmə) maddələri üzrə ittiham irəli sürülüb. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs qismində dindirilən A.Məmmədova ifadəsində yüngül həyat tərzi sürən qadınlarla əlaqə saxlamadığını, maddi ehtiyaclarını ödəmək üçün Türkiyənin İğdır şəhərində yerləşən "Göy qurşağı” istirahət mərkəzində qabyuyan işlədiyini deyib: "Bir müddət həmin istirahət mərkəzində özüm də fahişəliklə məşğul olmuşam. Nərminə Qasımovanı "Göy qurşağı”ndan tanımışam. Yüngül həyat sürən qadınların hamısı bir hoteldə qalırdılar, mən fahişəliyə cəlb etməmişəm. Adilə də Nərminə kimi bu hotelə eyni məqsədlə gəlmişdi. Həmçinin, Adilənin bacısını da əxlaqsızlıq etməyə məcbur etməmişəm. Onlar hamısı bir müddət gəlib fahişəliklə məşğul olur, sonra çıxıb gedirdilər. Iğdırda hamı mənə "Səma” deyə müraciət edirdi”.
(lent.az)
Xəbəri paylaş
1 1258 dəfə oxunub.
Digər xəbərlər

21-07-2015, 01:16
Bütün sözləri mənasız edən günü fotosu
1-02-2018, 11:59
Müğənnilərin nitqi yoxlanılacaq
10-11-2015, 14:20
"İl yarım ərimi aldatdım" - xalq artisti
2-01-2018, 12:28
"Onların sağ olduğuna inanmalı və dualarımızı əsirgəməməliyik"
26-03-2016, 16:34
Bakıda məzarın üzərindən palma oğurlandı
4-07-2016, 23:37
Prezident xalqını təbrik edir!
24-06-2023, 10:46
Rusiyada dəhşət yaşanır: Müdafiə nazirliyi “Vaqner”çilərə müraciət etdi: silahı yerə qoyun, əks halda...
4-05-2016, 23:29
Lələtəpə əməliyyatının qəhrəmanları danışdı - Video
26-04-2015, 00:06
Ərizə qəbulu aprelin 30-dək davam edəcək.
30-04-2016, 12:25
Zika virusu tüğyan edir: 683 yoluxma