Bayılda evlər niyə çökdü? - RƏSMİ AÇIQLAMA
Tarix: 16-05-2018 | Saat: 14:52
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində çökmə hadisəsi təbii amillər səbəbindən deyil, məhz texnogen amillər nəticəsində baş verib".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, bunu Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov Bayılda baş verən hadisə ilə bağlı deyib.
Onun sözlərinə görə, ərazi yüksək mailli yamacda yerləşir, yamacın təbii meylliliyi 35-40 dərəcədir: "Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Nəticədə yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib, bu səbəbdən də aşınma və çökmə hadisəsi baş verib. Ümumiyyətlə, bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan sahə hesab olunur".
Ş. Səfərov əlavə edib ki, ETSN-in mütəxəssisləri müvafiq qurumlarla birgə ərazidə tədqiqat işləri aparır, təhlükəli sahənin sərhədləri müəyyənləşdirilir.
Xəbəri paylaş
7838 dəfə oxunub.
Digər xəbərlər

13-07-2015, 10:31
Omskda hərbi təlim mərkəzinin korpusu uçdu - Ölənlər var
25-08-2022, 12:04
“Dom-2”nın iştirakçısının meyiti çaydan tapıldı
9-04-2017, 21:47
İsgəndəriyyədə törədilən partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB
13-04-2016, 15:15
Problemli kreditlərin nəticəsi necə olacaq?
4-10-2018, 18:30
"Dadsız idi". 12 yaşlı qız və sevgilisindən DƏHŞƏTLİ ƏMƏL: oğlanı öldürüb, bişirib yedilər - VİDEO - FOTO
15-07-2017, 18:07
Biznesmenin Naza hədiyyə etdiyi lüks avtomobillər - VİDEO
19-10-2016, 23:58
Göygöldə iki azyaşlı dəm qazının qurbanı oldu - YENİLƏNİB